İntensiv keçi təsərrüfatı

Aqrolizinq ASC-nin fəaliyyətindən razısınızmı ?


Bəli

Xeyir

Çətinlik çəkirəm
Tarix Məhsulun adı Məhsulun növü Ölçü vahidi Hansı bazar Qiyməti
01.06.2018 0.00 AZN

TARLA:
• İl quraqlıq keçirsə sahələrdə siçan və digər ziyanvericilərə qarşı mübarizə tədbirləri aparılır;
•  Gecikmiş yazlıq əkinlər ayın birinci həftəsində yekunlaşdırılır;
• Texnika parkına baxış keçirilir, sıradan çıxm ış hissələr dəyişdirlir, alət və aqreqatların sazlığı yoxlanır, örtülü yerlərdə saxlanması təmin edilir;
• Anbarlarda, saxlanc yerlərində sirayətlənməyə qarşı kimyəvi dərmanlama işləri aparılır.

MEYVƏÇİLİK:
• Hava şəraiti nəzərə alınaraq ağaclarda budama işləri aparılır;
• Payızda verilməmiş sahələrə üzvi gübrə verilir; 
• Məhsul mövsümündə xəstəlik və ziyanvericilər səbəbindən qurumuş ağaclar sahədən uzaqlaşdırılır;
• Ağacların qabıqlarında qışlayan ziyanvericilərə qarşı dərmanlama aparılır;
• Ting əkini aparılır.

TƏRƏVƏZÇİLİK:
• Torpaqda qalmış bitki qalıqları zərərvericilərə qida deposu olmasın deyə toplanıb yandırılır;
• Aran bölgələrində ayın ikinci yarısında kartof əkini aparılır;
• Əkin aparılan sahələrdə mineral və üzvi gübrələmə işləri aparılır;
• Ayın ikinci yarısından yığımı bitmiş yazlıq əkin yerləri təmizlənir; 
• Əkiləcək şitillər üçün torpaq hazırlanır;
• Ayın ikinci həftəsindən qışlıq ispanaq, kərəviz, gül kələm, ağ kələm, turp, yerkökü əkini aparılır;
• “Kök çürüklüyü” xəstəliyinə qarşı toxumlar və şitillər dərmanlanır;
• Örtüaltı istixanalarda suvarma, gübrələmə, istilik rejiminə nəzarət kimi qulluq işləri davam etdirilir;
• İstixanalardakı şitillərdə qoltuq, baş qanadların vurulması aparılır;
• Noyabrda əkilmiş ştillər istixanalara daşınaraq əkilir.

HEYVANDARLIQ:
• Böyük və kiçik baş heyvanlarda xəstəliklərin yaranmaması üçün zoobaytar müayinələr aparılır, qan analizləri götürülür, vaksinasiya işləri aparılır;
• Arıxanalarda yeşiklərin soyuq, külək və yağışdan qorunması üçün tədbirlər görülür, arıların rahat qışlaması təmin edilir;
• Süzülmüş balın satışı davam etdirilir. 
 

TARLA:
•    İl quraqlıq keçirsə sahələrdə siçan və digər ziyanvericilərə qarşı mübarizə tədbirləri bu ay da davam etdirilir;
•    Əkinlərə ikinci azot gübrəsi verilir. 

MEYVƏÇİLİK:
•    Yanvar ayında başlamış işlər davam etdirilir: budama, sahələrə üzvi gübrənin verilməsi, ağacların qabıqlarında qışlayan ziyanvericilərə qarşı dərmanlamanın aparılması, ting əkini və s;
•    Havalar mülayim keçərsə torpaq şumlanması aparılır;
•    Ağaclardan qələmə alınması aparılır, qumda basdırılır;
•    Zeytunçuluqda ting əkini aparılır, sahələrə üzvi gübrə verilir, halqalı ləkə və xərçəngə qarşı mübarizə göstərilir (1,5%-lik bordo dərmanı ilə);
•    Sitrus ağacları xəstəliklərə görə dərmanlanır, siçan və digər ziyanvericilərə qarşı mübarizə aparılır, budama işləri görülür;

TƏRƏVƏZÇİLİK:
•    Paxlalı bitkilərin əkini üçün torpaq işləri aparılır;
•    Gülkələm, ağ kələm və sarımsağın əkini tamamlanır, yerkökü, ispanaq, kahı və turpun əkini davam etdirilir;
•    Şitil əkini üçün kiçik qablar hazırlanır, bibər, pomidor, badımcan toxumları qablara əkilir;
•    Şitil əkiləcək sahələrdə göbələk xəstəliyinə qarşı dərmanlama işləri görülür;
•    Noxud, mərcimək, lobya əkiləcək sahələrin torpaq hazırlıq işləri təşkil edilir.
HEYVANDARLIQ:
•    Sərt hava olmayanda  və yağışsız günlərdə tövlə təmizliyi edilir, istilik üçün döşəməyə saman, quru ot döşənir, zərərvericilərin tövlədən uzaqlaşdırılması işləri görülür;
•    Qüvvəli yemləndirməyə silos, senaj və çuğundur əlavə edilir;
•    4-8 aylıq dişi danalara “S19” peyvəndi, doğumu yaxınlaşan düyələrə isə “septisemi” peyvəndi vurulur, heyvanlar veterinar həkim nəzarətindən keçirilir;
•    Kiçikbaş heyvanlar üçün tövlələrdə gənələrə qarşı dərmanlama aparılır, quru döşəmə sərilir.  
•    Heyvanlarda arıqlama, çənə altında şişkinlik, su toplanması görülərsə kəpənək xəstəliyinə (Distomatoz) qarşı, öskürək, burun axıntısı, ishal, iştahsızlıq görülərsə isə ağçiyər, mədə, bağırsaqda olan qıl qurduna qarşı dərmanlar içirilir;
•    Qoyunlara proteinli yemlər verilir, quru ot miqdarı artırılır, 
•    Üç həftəlik quzulara baş sayına görə, 50 qram olmaqla yulaf əzməsi verilir, miqdarı 15 gündən bir artırılır;
•    Çoban itlərində quduzluğa qarşı peyvənd aparılır;
•    Çücə mövsümü yaxınlaşdığı üçün damazlıq yumurtaların alınacağı sürü gözdən keçirilir, fala qoyulacaq yumurtalar dərmanlanır;
•    Hinlərdə havalandırma, işıqlandırma, istilik təmin olunur, gündə 18 saat işıqlandırma (hər 20 kvadrata 60 voltluq lampa taxılmalı, hər kvadrata 3 vat işıq verilirməlidir);
•    Yemlərdəki protein miqdarı artırılır, hinlərdəki tullantılar təmizlənir, toyuqlarda vəbaya qarşı peyvəndləmə aparılır;
•    Arıçılıqda varro xəstəliyinə qarşı mübarizə aparılır. 

TARLA:
• İl quraqlıq keçirsə sahələrdə siçan və digər ziyanvericilərə qarşı mübarizə tədbirləri bu ay da aparılır;
• Əkinlərə ikinci azot gübrəsinin verilməsi davam etdirilir;
• Sahələrdə alaq otlarına qarşı mübarizə tədbirləri başlayır.  
MEYVƏÇİLİK:
• Yüksək dağlıq ərazilərdə ting əkini davam etdirilir;
• Torpaq və gübrələmə işləri tamamlanır;
• Ağaclarda budama işləri başa çatdırılır;
• Calaq işləri davam etdirilir;
• Sitrus bağlarında azot gübrəsinin verilməsi tamamlanır, siçan və digər gəmiricilərə qarşı mübarizə aparılır, qurumuş ağacların yerinə yeni tinglər əkilir, qış quraq keçibsə ilkin suvarma aparılır, alaq otlarına qarşı şumlama aparılır və ya herbisid vurulur, ağaclarda quru budama aparılıb ağaclara forma verilir.
TƏRƏVƏZÇİLİK:
• Kartofçuluqda tarla hazırlıqları başa çatdırılır, əkin və gübrələmə aparılır;
• Sahələrdə digər növ tərəvəz əkinləri üçün hazırlıqlar aparılır;
• Lobya əkiləcək sahələrdə toxum yatağı hazırlanır, martın ikinci həftəsində gübrə səpilir, ayın ikinci yarısından əkin başlayır; 
• Qovun, qarpız, paxla və digərlərinin əkini aparılır;
• Şitilliklərdə xəstəliklərə qarşı tədbirlər həyata keçirilir;
• Toxumu qoyulmuş qışlıq şitillərin qulluq işləri davam etdirilir;
• Noxud, mərcimək və lobya sahələrində ikinci şum aparılır və əkini həyata keçirilir;
• Sahə hazırlıqları başa çatdırılaraq ayın ikinci yarısından günəbaxan əkininə başlanır; 
• Fevralda başlamış şəkər çuğunduru əkini bu ay başa çatdırılır. 
HEYVANDARLIQ:
• İribuynuzlu heyvandarlıqda 14-15 aylığını, 350 kq çəkini tamamlamış heyvanların mayalandırılmasına başlanır;
• İribuynuzlu heyvanlarda peyvəndləmə, buynuz, dırnaq kəsmə işləri həyata keçirilir, buzovlara qulluq işləri artırılır, heyvanların nəsil, məhsuldarlıq, sağlamlıq kartları hazırlanır;
• Qoyunçuluqda doğum nəzarətdə saxlanır, quzuların soyuqdan qorunması üçün tədbirlər görülür, analarından ayıraraq otarılmağa başlanır, xəstəliklərə qarşı peyvənd işləri aparılır;
• Çoban itlərinə iç parazit dərmanı verilir;
• Arıçılıqda yaz qulluq işləri başlayır;
• Hava müsbət 15 dərəcə olduğu günəşli, küləksiz günlərdə yeşiklər açılaraq arıların balavermə prosesi izlənilir; 
• Yeşiklərdə işçi arı sayı, ana arıların sağlamlığı, yeşiyin təmizliyi yoxlanır, xəstəlik olub-olmadığı müşahidə edilir;
• Yeşiklərdəki boş pətəklər çıxarılır, qaralanlar dəyişdirilir;
• Arıçılıqda varro xəstəliyinə qarşı mübarizə aparılır.
 

TARLA:
• Sahələrdə alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir.  
MEYVƏÇİLİK:
• Tinglik sahələrdə alaq vurulur;
• Ayın ilk həftəsində müxtəlif növ calaqların vurulması başa çatdırılır;
• Bar verən meyvə bağlarında torpaq belləməsi başa çatdırılır;
• Xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir.
TƏRƏVƏZÇİLİK:
• Toxum əkiləcək sahələrdə sonuncu şumlama və diskləmə aparılır;
• Şitilliklərdə günlük sulama, gübrələmə, alaq vurma işləri aparılır, mavi küf, kök çürüməsinə qarşı dərman mübarizəsi başlayır (Dithan M-45, Antracol, Kemoazin, Deresol kimi dərmanlar istifadə olunur);
• Kartofçuluqda əkin və gübrələmə işləri aparılır, birinci dibdoldurma işləri aparılır;
• Ayın ikinci yarısından sonra bibər, pomidor, badımcan şitilləri açıq sahəyə köçürülür;
• Çiyələk sahələrində alaq otlarına qarşı mübarizə aparılır;
• Lobya, xiyar, qabaq, gül kələm, ağ kələm, soğan toxumlarının əkini davam etdirilir;
• Yemiş, qarpız toxumları hazırlanmış sahələrə əkilir;
• Yaşıl paxla yığımı başlayır;
• Noxud, mərcimək, lobya, günəbaxan, qarğıdalı əkini başlayır;
• Çəltikçilikdə hazırlıqlar başlayır, ayın ikinci yarısından əkin aparılır;
• Şitil sahələrində alaq otlarına qarşı mübarizə, dibdoldurma,  qurd xəstəliklərinə qarşı mübarizə tədbirləri aparılır;
• Havalar quraq keçərsə sahələrdə ilkin sulama başlayır;
HEYVANDARLIQ:

• İribuynuzlu heyvanlar arasında xəstəliklərə qarşı peyvəndləmə aparılır;
• Tövlələrdə infeksiyalara qarşı tədbirlər görülür, təmizlənir, əhənglənir; 
• İnəklərin əmcəyində müşahidə olunan mastit və Afrika xəstəliyinə qarşı müalicə aparılır;
• Xırdabuynuzlu heyvanlarda erkək və dişi quzular ana qoyunlardan ayrılaraq ayrı sürü halında otarılır, bəslənmə şərtləri yaxşılaşdırılır;
• Damazlıq heyvanların müəyyən olunması həyata keçirilir;
• Qoyunlarda ayaq iltihabı, çiçək və digər xəstəliklər baş verdiyi üçün lazımi müalicə və peyvənd işləri görülür;
• Yaz qırxımına hazırlıqlar başlayır;
• Quşçuluqda cücə saxlanan yerlərdə dezinfeksiya işləri görülür, cücələrə qurd xəstəliyinə qarşı dərman verilir, 28-32 günlüyünə çatdıqda yalançı vəbaya qarşı (burun-göz damlası) peyvənd vurulur; 
• Sürülərdə baytar mütəxəssisin köməyi ilə baxış keçirilərək xəstəliklər müəyyən olunur;
• Arıçılıqda mart ayında başlamış işlər davam etdirilir;
• Yemləmə davam etdirilir, 15 gündən bir yeşiklər açılaraq baxış keçirilir;
• Arılar arasında itki varsa yeşiklər birləşdirilir;

TARLA:
• Gecikmiş əkinlərdə alaq otlarına qarşı mübarizə aparılır; 
• Yaşıl paxla yığımı başlayır; 
• Noxud və mərcimək sahələrində alaq otlarına qarşı mübarizə, lobya sahələrində dibdoldurma işləri aparılır;
• Günəbaxan, çuğundur, qarğıdalı sahələrində alaq vurma, dibdoldurma işləri görülür;
• Çəltik sahələrində əkin başlayır. 
MEYVƏÇİLİK: 
• Tinglik sahələrdə suvarma aparılır və alaq vurulur;
• Ağaclarda yaşıl budama aparılır;
• Ayın son həftəsində biç budaqların təmizlənməsi aparılır;
• Göz çalaqları vurulur;
• Ağaclarda ziyanvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir;
• Sitrusçuluqda azotlu gübrələmənin ikinci mərhələsi başlayır, tumurcuq ləkəsi, qırmızı hörümçək, çiçək güvəsi kimi ziyanvericilərə, yarpaq bitinə qarşı mübarizə aparılır.
TƏRƏVƏZÇİLİK: 
• Açıq sahəyə toxum əkini, qulluğu və suvarması aparılır;
• Şitillər sahələrə köçürülür və can suyu verilir;
• Apreldə şitil əkilmiş sahələrdə alaq otlarına qarşı mübarizə aparılır, suvarma və gübrələmə işləri görülür;
• Yarpaq bitlərinə qarşı “Gusathion”, “Komithion 50”, “Malathion” kimi dərmanlarla çiləmə aparılır. 
HEYVANDARLIQ:
• İribuynuzlu heyvandarlıqda damazlıq məqsədi ilə cütləşdirmə aparılır, örtülü saxlanmadan açıq otarılmağa keçilir, heyvanlar parazitlərə qarşı dərmanlanır, aylıq məhsuldarlıq və sağlamlıq nəzarəti aparılır;
• Kiçikbaş heyvandarlıqda yaz qırxımı başlayır, heyvanlar parazitlərə qarşı vannalarda çimizdirilir, kəsim vaxtı çatmış heyvanlar təsərrüfatdan çıxdaş edilir;
• Quşçuluqda cücə çıxımı davam etdirilir, salmonella, pseudomonas, arizona, coliform bakteriyaları, aspergillus xəstəlikləri cücə saxlanan yerlərdə yayıldığı üçün lazımi tədbirlər görülür, koksidiyoz və soxulcana qarşı dərmanlama aparılır, hinlərdə havalandırma, ayaq altının quru olması təmin edilir, milçəklərə qarşı tədbirlər görülür, yumurta sayı aşağı düşmüş quşlar çıxdaş edilir, “yalançı toyuq vəbası”na qarşı burun-göz damlaması, peyvəndləmə işləri görülür;
• Arıçılıqda yarımçıq yeşiklərin birləşdirilməsi aparılır, hava şərtlərinə, bitki örtüyünə baxaraq yemləndirmə davam etdirilir, gənc cütləşmiş ana arılar üçün rahat şərait yaradılır, boş yerlərə çərçivələr əlavə edilir, arıların yeşikdən rahat uçmaları üçün dəliklər genişləndirilir, arıxananın köçürülməsi üçün hazırlıqlar başlayır.
 

TARLA:
•Taxıl sahələrində fitosanitar nəzarət aparılır, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilir;
•Arpa biçini başlanır;
•Biçini aparılmış paxla sahələri təmizlənir və şumlanır;
•Mərcimək yığımı başlanır;
•Lobyada ikinci dib şumu vurulur;
•Qarğıdalı sahələrində ikinci azotlu gübrələmə aparılır.
MEYVƏÇİLİK: 
•Alaq otlarına qarşı mübarizə davam etdirilir;
•Hava şəraitinə görə suvarılma aparılır;
•Şaftalı, ərik, gilas və yazlıq alma yığımı başlanır;
•Alma və armud ağaclarında qara ləkə, qırmızı hörümçək, iç qurdu kimi zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır.
TƏRƏVƏZÇİLİK: 
•Boğaz doldurma və sulama işləri davam etdirilir;
•Təhlükəli ziyanverici olan kartof böcəyinə qarşı “Gusathion”, “Malathion”, “Metil Kotniyon 25 W” kimi dərmanlarla mübarizə aparılır;
•Havalar isindiyi üçün bibər, pomidor, lobya, qovun, qarpız, badımcan, soğan sahələrində suvarma aparılır;
•Qışlıq məhsul üçün şitil əkilir;
•Bostan bitkilərində rast gəlinən antraknoza qarşı, paxla, lobya sahələrində rast gəlinin pirəcik zərərvericisinə qarşı kimyəvi mübarizə aparılır;
•Pomidor, xiyar və qabaq şitillərinin təpələri budanır.
HEYVANDARLIQ:
•İribuynuzlu heyvandarlıqda cütləşmə aparılır, parazitlərə qarşı dərmanlama,  4-8 aylıq dişi danalara “S-19” peyvəndi vurulur, doğmuş düyələrdə buynuz qısaltması və qulaq nömrələmə işləri görülür, yanvarda doğulmuş buzovlar cinsinə görə sürülərə ayrılır, axurlar təmizlənərək dezinfeksiya edilir; 
•Kiçikbaş heyvandarlıqda yaz qırxını başa çatdırılır, anaş sürünün 20%-i kəsimə göndərilir, cavan dişi toğlular sürüyə daxil edilir, damazlıq heyvanların mayalandırılmasına başlanır, qoçların bağlı yerdə saxlama şəraiti yaxşılaşdırılır, bu aydan fasiləsiz örüş otarılmasına keçilir; 
•Quşçuluqda hindaxili hərarətin müsbət 15 dərəcəni aşmaması təmin edilir, hinlərin təmizlənməsi, dezinfeksiyası həyata keçirilir, yem rasionunda  quşlara verilən enerji miqdarı azaldılır, səkkizinci həftəsini tamamlamış fərələr bir kvadrata 10 baş olmaqla toyuq bölümünə keçirilir, 10-12-ci həftəsini tamamlamış toyuqlara çiçək, difteriya peyvəndi vurulur, baş verə biləcək xəstəliklərə qarşı tədbirlər alınır;
•Arıçılıqda yarımçıq yeşiklərin birləşdirilməsi aparılır, hava şərtlərinə, bitki örtüyünə baxaraq yemləndirmə davam etdirilir, gənc cütləşmiş ana arılar üçün rahat şərait yaradılır, boş yerlərə çərçivələr əlavə edilir, arıların yeşikdən rahat uçmaları üçün dəliklər genişləndirilir, arıxananın köçürülməsi üçün hazırlıqlar davam etdirilir.
 

TARLA:
•Sahədən xırmana daşınmış məhsul qurudulduqdan sonra toxum təmizləyən texnikalar vasitəsi ilə təmizlənir, kisələrə yığılaraq dezinfeksiya edilmiş anbarlara aparılır;
•Məhsulun adı, sortu, reproduksiyası, təmizlik faizi yazılaraq kisələrin üzərinə yapışdırılır;
•Çəltiyin mum yetişmə mərhələsində ləklərin suyu boşaldılır, ana yolları və ləklər düzəldilərək biçinin aparılması üçün maşın və kombaynların normal hərəkəti təmin olunur;
•Məhsul çəltik yığan kombaynlarla yığılaraq xırmana daşınır, təmizlənmiş məhsul çeşidlənərək kisələrə yığılır;
•Qarğıdalı sahəsinə “B-58” və ya “Desis” preparatları ilə payızlıq sovka və çəmən kəpənəyi kimi geniş yayılmış ziyanvericilərə qarşı mübarizə tədbiri aparılır;
•Tütün sahələrində suvarma işləri aparılır, yarpaqların yığılması, ipə düzülməsi və qurudulması davam etdirilir, bitkinin yan pöhrələri, çiçəkləri vaxtında əl ilə vurulur və ya kimyəvi üsulla tədbir görülərək sahədən çıxarılaraq basdırılır, qurudulmuş yarpaqlar çərçivədən asılır, 4-5 gün müddətində həvəng bağlanıb anbarda asılır;
•Xırmanda noxudun toxumları qurudularaq çeşidlənir, kisələrə doldurularaq anbarlara yığılır, tərkibində nəmlik 14-15%-dən artıq olmayan toxumu anbarda quru yerdə uzun müddət saxlamaq olar;
•Soya sahələrinə III vegetasiya suyu, yetişməyə başlama dövründə IV vegetasiya suyu verilir, yığıma hazırlıq işlərinə başlanılır, biçin həyata keçirilir, xırmana daşınaraq 13-15% nəmlıyə qədər qurudulur, kisələrə doldurularaq anbarlara daşınır.
MEYVƏÇİLİK:
•Üzüm sahələrində tezyetişən sortların yığımına başlanır;
•Ting sahələrində “göz calağı” edilir, havalar isti keçirsə suvarma aparılır, meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı mübarizə həyata keçirilir;
•Sitrus bağlarında sulama davam etdirilir, zərərvericilərə qarşı kimyəvi mübarizə aparılır, qurumuş budaqlar kəsilir, yerə tökülən meyvələrdə “impietretura”, “ minneol” kimi virus xəstəliklərinə qarşı tədbirlər görülür.
TƏRƏVƏZÇİLİK:
•Yazlıq tərəvəzlərin yığımı davam etdirilir;
•Payız və qışlıq əkilən tərəvəzlərin qulluq işləri davam etdirilir;
•Sahələrdə yayılan qırmızı hörümcəyə qarşı “Hekthion” pereparatı vasitəsi ilə mübarizə aparılır; 
•Qışlıq yerkökü, soğan, turp əkini aparılır.
HEYVANDARLIQ:
•İribuynuzlu heyvandarlıq üzrə sağmal heyvanlarda məmə xəstəliyinə qarşı tədbirlər görülür, tövlələrin təmizlik və dezinfeksiya işləri həyata keçirilir, havalandırma problemləri həll edilir, boğaz heyvanlarda peyvəndləmə aparılır, doğuma hazırlaşan heyvanlar üçün sulu, yumuşaq yem tədarükü görülür;
•Kiçikbuynuzlu heyvandarlıqda gecələr açıq havada gecələmə rejiminə keçirilir,  dişi quzulara “Rev-I” peyvəndi vurulur;
•Arıçılıqda arıxananın yem ehtiyatı zəngin olan ərazilərə daşınması təmin olunur, yeşiklərin çərçivə və su təlabatı təmin olunur. 
 

TARLA:
• Yayın ən isti ayında biçin-xırman işləri başa çatdırılır;
• Taxıl, mərcimək, noxud sahələrində şum aparılır;
MEYVƏÇİLİK:
• Alma, armud, üzüm sahələrində tezyetişən sortların yığımına başlanır;
• Cavan ting bağlarında göz calağı edilir, tinglərin bağlanması, havalar quraq keçirsə suvarılması, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri görülür. 
• Sitrus bağlarında sulama, ziyanvericilərə qarşı mübarizə davam etdirilir, dövdə və budaqlarda əmələ gələn yosunlara qarşı 1%-lik “Bordo” pereparatı tətbiq edilir, quru budama aparılır.
TƏRƏVƏZÇİLİK:
•Yazlıq tərəvəzlərin yığımı davam etdirilir;
•Payız və qışlıq əkilən tərəvəzlərin qulluq işləri davam etdirilir;
• Qırmızı hörümçək ən çox bu ayda yayılır, qarpız, yemiş, qabaq, tərəvəz sahələrinə hücum çəkir. Daha çox badımcana darışır, yarpaqlar dibindən solaraq tökülür. Buna görə də sahələrdə qırmızı hörümcəyə qarşı “Hekthion” pereparatı vasitəsi ilə mübarizə aparılır;
• Qışlıq yerkökü, soğan, turp və digərlərinin əkini aparılır
HEYVANDARLIQ:
• İribuynuzlu heyvandarlıq üzrə sağmal heyvanlarda məmə xəstəliyinə qarşı tədbirlər görülür, tövlələrin təmizlik və dezinfeksiya işləri həyata keçirilir, havalandırma problemləri həll edilir, boğaz heyvanlarda peyvəndləmə aparılır, doğuma hazırlaşan heyvanlar üçün sulu, yumuşaq yem tədarükü görülür;
• Quşçuluqda istilərə görə yüngül yemləmə tətbiq edilir, hinlər təmizlənərək həftədə iki dəfə dezinfeksiya edilir, siçan və digər gəmiricilərin hinlərə, yem anbarlarına girməsinə qarşı mübarizə aparılır, “yalançı vəba”, “gumboro”ya qarşı peyvənd aparılır.
• Kiçikbuynuzlu heyvandarlıqda gecələr açıq havada gecələmə rejiminə keçirilir,  dişi quzulara “Rev-I” peyvəndi vurulur;
• Arıçılıqda arıxananın yem ehtiyatı zəngin olan ərazilərə daşınması təmin olunur, yeşiklərin çərçivə və su təlabatı təmin olunur.
 

TARLA:
• Səpin aparılması üçün şum işləri başa çatdırılmalıdır;
• Paxlalı bitkilərin sahələrində yığım başa çatdırılır, torpaq yeni əkin dövrünə hazırlanır;
• Çəltik sahələrində biçin davam etdirilir;
• Qarğıdalı sahələrində biçin aparılır; 
• Günəbaxan sahələrində biçin aparılır.
MEYVƏÇİLİK:
• Alma, armud, üzüm sahələrində tezyetişən sortların yığımına başlanır;
• Cavan ting bağlarında göz calağı edilir, tinglərin bağlanması, havalar quraq keçirsə suvarılması, xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri görülür. 
• Sitrus bağlarında sulama, ziyanvericilərə qarşı mübarizə davam etdirilir, dövdə və budaqlarda əmələ gələn yosunlara qarşı 1%-lik “Bordo” pereparatı tətbiq edilir, quru budama aparılır. 
TƏRƏVƏZÇİLİK:
• Payız və qışlıq əkilən tərəvəzlərin qulluq işləri davam etdirilir;
• Qışlıq yerkökü, soğan, turp və digərlərinin əkini aparılır;
• Qışlıq yerkökü sahələrində seyrəltmə aparılır, suvarılır; 
• Kələm sahələrində ziyanvericilərə qarşı mübarizə aparılır. 
HEYVANDARLIQ:
• İribuynuzlu heyvandarlıq üzrə sağmal heyvanlarda məmə xəstəliyinə qarşı tədbirlər görülür, tövlələrin təmizlik və dezinfeksiya işləri həyata keçirilir, havalandırma problemləri həll edilir, boğaz heyvanlarda peyvəndləmə aparılır, doğuma hazırlaşan heyvanlar üçün sulu, yumuşaq yem tədarükü görülür;
• Qış üçün qüvvəli yem ehtiyatı yaradılır. Silos quyuları doldurularaq ağzı texniki tələblərə uyğun olaraq bağlanır;
• Quşçuluqda əsas yumurtavermə dövrü bu ay başlayır, ona görə də məhsuldarlıq, quşların sağlamlıq vəziyyəti, yemləndirmə nəzarətdə saxlanmalıdır; 
• Kiçikbuynuzlu heyvandarlıqda bu aydan başlayaraq əlavə yem və yonca ilə yemləndirməyə keçirilir, müayinə-müalicə işləri, çiçək xəstəliyinə qarşı peyvəndləmə aparılır;  
• Arıçılıqda bal yığımı başlayır, boş pətəklər yenidən yeşiklərə yerləşdirilir, daha sonar yeşiklərdə qulluq işləri görülür, arıların qış yem ehtiyatı təmin olunur.  

TARLA:
• Yazlıq-payızlıq əkinlər üçün şum işləri aparılır, şumaltı mineral və üzvi gübrələr verilir;
• Səpiləcək toxumların dərmanlanması, səpinə hazırlanması işləri aparılır;
• Səpin aparılan taxıl sahələrinə dən suyu verilir;
• Tütün sahələrində son dərim aparılır.
MEYVƏÇİLİK:
• Payızlıq ting əkini üçün sahələr hazırlanır, çuxurlar qazılır;
• Kök tutmuş tinglər sahələrə köçürülmək üçün hazırlanır;
• Suvarma dayandırılır, peyvənd işlərinə hazırlıq başlayır;
• Meyvə yığımı sürətləndirilir, satışa və ya anbarlara yığılır, bağlarda ziyanvericilərə qarşı ilkin müdafiə tədbirləri aparılır;
• Üzüm yığımı bu ay yekunlaşdırılır, yığılıb satışa göndərilir, anbarlara yığılır, doşab, mürəbbə bişirilir. 
TƏRƏVƏZÇİLİK:
• İstixanalarda payız-qış əkini üçün torpaq hazırlıq işləri aparılır;
• Payızlıq sahələrdə qulluq işəri davam etdirilir, xəstəlik və quraqlığa qarşı tədbirlər görülür;
• Payızlıq məhsulların yığımı, anbarlanması, bazara göndərilməsi davam etdirilir. 
HEYVANDARLIQ:
• Tövlələrdə qış dövrünə hazırılıq aparılır, təmizlənir, dezinfeksiya edilir;
• Yaşıl yemləndirmə davam etdirilir, qüvvəli yemləndirməyə hazırlıq başlayır;
• Sahələrdə son biçin aparılır, silos basdırılması davam etdirilir;
• Heyvanlardakı mövsümi xəstəliklərə qarşı mübarizə davam etdirilir;
• Quşçuluqda hinlər təmizlənir, dezinfeksiya edilir, müxtəlif qüvvəli yemlərin verilməsi davam etdirilir, xəstəliklərə qarşı tədbirlər görülür;
• Arıçılıqda yaylaq dövrü başa çatır, arıxanalar arana köçürülür, qışlamanın normal getməsi üçün yeşiklərdə təmizlik işləri aparılır;
• Arılar arasında xəstəliklərə qarşı tədbirlər həyata keçirilir;
• Bal süzümü başa çatır, arılar üçün qış yemi hazırlanır, məhsulun satışı təşkil edilir. 

TARLA:
•    Aran bölgələrdə gecikmiş əkinlər davam etdirilir, şum, gübrələmə aparılır;
•    Səpin aparılmış əkinlərə ilk dən suyu verilir, torpaq qatında su ehtiyatı yaradılır;
•    Çuğundur yığımı davam etdirilir, boşalan tarlalar dənli əkinlər üçün hazırlanır;
•    Günəbaxan biçini aparılmış tarlalar, dənli bitkilərin əkini üçün hazırlanır.
MEYVƏÇİLİK:
•    Ağaclarda xəzan mövsümi ilə əlaqədar olaraq bağlar otarılır;
•    Aran bölgələrdə mövsümi meyvə yığımı, anbarlarda yerləşdirilməsi davam etdirilir (əzgil, xurma, nar, üzüm, zeytun və s. ) davam etdirilir;
•    Ağac əkini üçün çuxurların hazırlanması davam etdirilir;
•    Sitrus bağlarında xəstəlik və zərərvericilərə qarşı mübarizə davam etdirilir;
•    Cavan meyvə bağlarında budama aparılaraq ağaclara forma verilir;
•    Qışı mülayim keçən ərazilərdə qış budamasına başlanır;
•    Bağlara fosfor tərkibli gübrələrin verilməsinə başlanır. 
 
TƏRƏVƏZÇİLİK:
•    İstixanalarda torpaq hazırlıq işləri davam etdirilir, qışı mülayim keçən ərazilərdə əkinlərin yeri hazırlanır, “isti yasdıq” hazırlıqları görülür;
•    Aran bölgələrdə yazlıq bitkilərin əkini başlayır;
•    Kələm kəpənəyi, kələm böcəyi və yarpaq biti kimi zərərvericilərə qarşı mübarizə tədbirləri görülür;
•    Təzə soğan əkini aparılır; 
•    Örtülü sahələrdə bibər şitilləriə qulluq və budama işləri görülür, “boğaz doldurma” işəri aparılır;
•    Çiyələk əkini başlanır. 


HEYVANDARLIQ:
•    Tövlə və ağıllarda qulluq işləri görülür, heyvanlar qüvvəli yemlərlə bəslənir;
•    İqlim əlverişli olan bölgələrdə otarma davam etdirilir;
•    Yem bitkilərinin son biçini, quyulara basdırılması davam etdirilir;
•    Quşçuluqda fermaların havalandırılması, təmizlik və dezinfeksiyası aparılır;
•    Quşların qüvvəli yemləndirmə və bəslənmə tədbirləri görülür, xəstəliklərə qarşı mübarizə aparılır;
•    Arıçılıqda qışlama üçün yem saxlanılmış arı ailələri qız yuxusuna hazırlanır;
•     Tədarük edilmiş bal məhsullarının satılması üçün tədbirlər görülür. 
 

Sual:

Fermer həm özünün istehsal etdiyi, həm də digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olarkən vergi öhdəliklərini necə yerinə yetirməlidir?

Cavab:

Vergi Məcəlləsinin müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilmişdir.
Buna əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır. Lakin istehsalçı istehsal etdiyi kənd tərəsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa (məsələn, yetişdirilmiş mal-qaranın kəsilərək ət şəklində satışı, becərilmiş meyvələrin qurudularaq satışı), həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan (mənfəət (gəlir vergisi) və ya sadələşdirilmiş vergi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Bunlarla yanaşı, vergi ödəyicisinin digər şəxslərdən aldığı kənd təsərrüfatı məhsullarının satışı onun istehsal etdiyi kənd təsərrüfatı məhsulu hesab edilmir və həmin məh­sulların satışından əldə olunan gəlirlərdən ümumi qaydada vergilər hesablanıb dövlət büdcəsinə ödənilir.
Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının tədarük qaydasında alqı-satqısını həyata keçirən şəxslər kənd təsərrüfatı məhsullarının istehsalçıları hesab edilmir və onlara bu sahə üzrə nəzərdə tutulmuş vergi güzəştləri tətbiq edilmir.
 

Sual:

Örüş sahəsi üçün mineral gübrə və pestisidləri güzəştli şərtlərlə almaq mümkündürmü?

Cavab:

Xeyr, qeyri-əkin sahələri üçün mineral gübrə və pestisidləri güzəştli şərtlərlə almaq mümkün deyil, 100% dəyərini ödəməklə mineral gübrə və pestisidləri əldə etmək olar.

Sual:

Sarımsaq Rusyaya əvvəlkı illərə baxanda ıxracı azdımı.? Yəni qıymət  çox ucuzdu, nə gözlənılır sarımsağın qıymətındə? Qıymət qalxacaqmı?

Cavab:

Bu il ölkədə təlabatdan qat-qat artıq sarımsaq istehsal olunub. Buna baxmayaraq Rusiya bazarlarına ixrac olunur. Qiymətin qalxması hələki gözlənilmir

Sual:

Salam. Yanmış gübrə dedikdə nəyi nəzərdə tutursunuz? Hörmətlə Vüqar ƏLəsgərov

Cavab:

Hörmətli Vuqar m, yanmış gübrə adətən mexaniki yolla əldə edilir. Bir kənara yığılaraq bir neçə ilə saxlanılır, nəticədə gübrədə hava ilə reaksiya baş verərək qazlar xaric olur, gübrə minerallaşır və torpaq üçün üzvi mineralları özündə toplayır. Yanmış gübrə torpaq üçün çox faydalıdır, baha qiymətə satılır. 

Sual:

Aqrar sahədə elmi arasdirmaların real şəraitə uygun, daha cevik, daha səmərəli və muasir bazar iqtisadiyyati tələblərinə uygun aparilmasi ücün də bu cür mərkəzlər təşkil etmək olar. Sadəcə hara muraciət edəcəyimi bilmirəm.

Cavab:

Azərbaycanda aqrar elmi araşdırmalar aparan butun müəssisələr Aqrar Elm Mərkəzində birləşib. Mərkəzin strukturuna 8 institut, 8 regional elm mərkəzi və bütün rayonları əhatə edən təcrübə sınaq stansiyaları fəaliyyət göstərir. Bu müəssisələrin ünvanlarını əldə edə bilərsiniz 

Kənd Təsərrüfatı Nazirliyi,
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi,
Tel:   +994 12 561 69 84
Faks: +994 12 561 69 84
E-mail: agrar.elm@gmail.com 

 

Sual:

Lizinq yolu ilə icarəyə texnika götürmüşəm. Bilmək istərdim ki, texnika hansı qaydada sığortalanır? Mənsur Əliyev, Sabirabad rayonu

Cavab:

Lizinq yolu ilə icarəyə götürülmüş texnikalar dəyərinin 0,5%-i  həcmində bir il müddətinə Kasko sığorta olunur.

Sual:

Lizinq yolu ilə icarəyə verilmiş texnikaların dəyərinə güzəştlər necə tətbiq olunur? Fermer Elnur İsmayılov, Ağcabədi rayonu

Cavab:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizdən yuxarı olmamaq şərti ilə güzəşt verilir.

Sual:

“Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikaları almaq üçün hansı sənədlər tələb olunur? Fermer Cavid Hüseynov, Kürdəmir rayonu

Cavab:

Tələb olunan sənədlər:
1) Yaşayış yerindən arayış;
2) VÖEN (vergi ödəyicisinin identifikasıya nömrəsi);
3) Torpaq sahəsinə mülkiyyət hüququnu təsdiqləyən sənəd;
4) Sürücülük vəsiqəsi (sürücülük vəsiqəsi yoxdursa,sürmək üçün etibar edilmiş şəxsin şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi). 
 

Sual:

Ev şəraitində nehrə yağının keyfiyyətini necə yoxlaya bilərəm? Bakı şəhər sakini

Cavab:

Bu gün əksər market və satış nöqtələrində tərkibi palma olan saxta “nehrə yağ”ları satılır. Ucuz qiymətə, 6-7 manat. 
İlk növbədə qoxusuna diqqət edin:  Nehrə yağıını əridən zaman qazandakı yağ buxar olub havaya sovrulursa və əvəzində ətrafa sərt qoxu yayılırsa şübhələnməlisiniz. Əsl nehrə yağı əridiləndə tünd sarı rəng almalı və xoş qoxu verməlidir. İkincisi, təbii nehrə yağı əridilərkən bərabər şəkildə əriməlidir, saxta olanların səthində damcılar əmələ gəlir. Bu palma yağına və ya marqarinə aid xüsusiyyətdir. Üçüncüsü, təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə sərtliyini itirmir, amma palma və marqarin tərkibli yağlar mətbəx havasında yumşalır hətta əriməyə başlayır. Keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur. Kəsildikdə qatlara bölünmür  və parlaq görünür.
Sonuncusu, təbii kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır. Çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi çəkilməlidir.
Saxta nehrə yağları alan alıcılardan bizimlə əlaqə saxlamalarını xahiş edirik.
 

Sual:

Uzun illərdir ki, arıçılıqla məşğulam. Eşitdiyimə görə, yeşiklərinin müxtəlif rənglərdə boyanması arılara müsbət təsir göstərir. Bu doğrudurmu?
Cavad Alcanov, Zaqatala rayonu

Cavab:

Bəli, arıxanada əlvan rənglərə üstünlük verilməsi bu canlıların psixologiyasına müsbət təsir göstərir. Arı yeşiklərinin müxtəlif rənglərlə boyanması xarici ölkə təcrübəsində sıx rast gəlinir. Arıxanada rəng müxtəlifliyi arıların xüsüsən də nukleuslardakı  "ana arıların" yeşiyi səhv salma şansını azaldır, yeşiklərin temperatur rejiminə müsbət təsir edir. Arılar günəş spektorunun ultrabənövşəyi (insan gözü bu rəngi seçmir) və həmçinin sarı, yaşıl, göy və bənövşəyi rəngləri yaxşı seçir. Bir çox rənglər isə ultrabənövşəyi şuaları qaytarma dərəcəsindən aslı olaraq fərqli rəng çalarları yaradır. Məsələn, göy və bənövşəyi rəngləri arılar 4 müxtəlif rəngdə görə bilər. Qırmızı rəngi qara kimi yaşıl, narıncı rəngi isə sarı kimi görürlər.  Qara və qırmızı rəng son nəticədə arı üçün heçdə eyni rəng deyil.
Bu təcrübəni bütün arıçılarımıza tövsiyyə edirik. 
 

(Sualı arıçı İlqar Rəhimov cavablandırdı)
 

Sual:

Kənd təsərrüfatı məhsullarının istehsalı üçün azfaizli kreditləri necə əldə etmək olar? Asif Mehrəliyev, Füzuli rayon sakini

Cavab:

Bu kreditləri Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu verir. Güzəştli kredit vəsaitlərinin hədləri: kiçik həcmli kreditlər: 5.000 manatdan 50.000 manatadək; orta həcmli kreditlər: 50.001 manatdan 500.000 manatadək; böyük həcmli kreditlər: 500.001 manatdan 10.000.000 manatadək. Kiçik həcmli kreditlər üçün-3 (üç) ilədək; orta həcmli kreditlər üçün- 5 (beş) ilədək; böyük həcmli kreditlər üçün-10 (on) ilədək.
Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi kredit məbləğinin 6 (altı) faizindən artıq olmamalıdır.
Sahibkarlığa Kömək Milli Fondunun ünvanı: Bakı şəhəri, A.M.Şərifzadə küç 172, tel: 433-63-65

Sual:

Xaçmaz rayonunun İlıxlı kəndi ərazisində sarımsaq əkmək istəyirəm. Bunun üçün torpağı analiz etdirməliyəmmi? Adəm Əsgərov, Xaçmaz sakini

Cavab:

Sarımsaq əkini iki mövsüm aparılır: oktyabr-noyabr ayları və  fevral-aprel ayları. Bu bitki üzvi maddələrlə zəngin torpaqlarda daha yaxşı yetişir. Əkiləcək torpağa bir neçə ay əvvəl hektara  5-6 ton yanmış gübrə verilməlidir. Daha sonra torpaq 25 sm dərinlikdə şumlanmalıdır. Bir hektara əkin normativi 100-130 kq-dır. 
Sarımsaq əkəcəyiniz torpağı analiz etdirmək, eləcədə digər məsləhətlər almaq üçün aşağıdakı ünvana müraciət edin: 
Bakı ş., Xırdalan-Binəqədi şossesi- 34H (DYPİ-nin yanı)
Tel:   (012) 401 69 61; (012) 408 20 57
Mob: (050) 339 70 16; (070) 992 07 09