“Əgər vətandaş taksi sifarişi verirsə, niyə fermer traktor və ya kombayn sifarişi verə bilməsin?”
14.11.2018, 10:00
153
“Əgər vətandaş taksi sifarişi verirsə, niyə  fermer traktor və ya kombayn sifarişi verə bilməsin?”

 “Aqrolizinq” ASC-nin nümayəndəsi Ayaz Qədirov bildirib ki, “Elektron Aqrolizinq sistemi” layihəsi çərçivəsində aqrotexniki xidmətlərin göstərilməsi sahəsində yeni addım atılacaq:” Ölkədə olan texnikalardan daha səmərəli istifadə etmək məqsədi ilə, yeni innovativ bir layihə üzərində işlər aparılır. Layihənin məqsədi əsasən vahid mexanizator reyestrinin formalaşdırılması, fermer mexanizator münasibətlərinin elektronlaşdırılmasıdır. Burada məsələ nədən ibarətdir? Təsəvvür edin ki, bir fermerin 5 hektar yeri var və ona aqrotexniki xidmət göstərilməlidir. Həmin fermer mobil aplikasiya vasitəsi ilə sistemə daxil olaraq ölkə üzrə mövcud texnika və mexanizatorlar üzrə axtarış verir və qeyd etdiyi axtarış parametrləri üzrə ona vahid bir sistemdən məlumatlar təqdim edilir. Növbəti mərhələdə sistemdə şərtlərə tanış olaraq sifarişi formalaşdırılır. Bu bir növ taksi sifarişinə bənzəyir. Biz düşünürük ki, əgər vətandaş taksi sifarişi verirsə, niyə  fermer, məhsul istehsalçısı traktor və ya kombayn sifariş verə bilməsin?”.

“Aqrobiznes”