Damazlıq heyvan almaq istəyənlər Ramazana zəng vursunlar 
27.12.2018, 11:25
443
Damazlıq heyvan almaq istəyənlər Ramazana zəng vursunlar 

“Təsərrüfatımızda ətlik-südlük cins olaraq İsveçrənin “Simmental” və Almaniyanın südlük istiqamətli “Holşteyn-Friz” cinsli heyvanları bəslənilir. Bu heyvanları “Aqrolizinq” yolu ilə gətirmişik. Təsərrüfatımızda bu heyvanlardan sağılan süd gündəlik olaraq süd emalı zavodlarına təhvil verilir. Kökəltmə məqsədi ilə yetişdirilən danalar kəsim məntəqələrinə göndərilir, onların satışı bu məntəqələr vasitəsilə həyata keçirilir. Bundan əlavə ana heyvanlardan əldə olunmuş buzovlar əhaliyə satılır. Bu da ətraf rayon və kəndlərdə heyvanların cins tərkibinin yaxşılaşmasına müsbət təsir göstərir”.
Xaçmaz rayonunun Sayad kəndində fəaliyyət göstərən “Real” MMC fermer təsərrüfatının nümayəndəsi Ramazan Lekayev.


 

“Aqrobiznes”