Geni dəyişdirilən həşəratlar bitkilərə köçürüləcək
15.10.2018, 00:00
117
Geni dəyişdirilən həşəratlar bitkilərə köçürüləcək

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi bitki genlərinin dəyişdirilməsi üçün həşəratlardan istifadə imkanını öyrənir. Alimlər həşəratların genini dəyişməklə onları geni modifikasiya edilmiş virusların kənd təsərrüfatı bitkilərinə köçürülməsi üçün istifadə etməyi planlaşdırırlar.
Beləliklə, tədqiqatçılar bitkilərdə xəstəlik, quraqlıq və onlar üçün digər tipik təhlükələrə qarşı immunitet yaratmaq istəyirlər. Bildirilir ki, eksperiment iştirakçılarının müsbət qiymətləndirməsinə baxmayaraq tədqiqat hamı tərəfindən optimizmlə qarşılanmır. Belə ki, bir sıra alimlərin fikrincə, bu texnologiyaya potensial bioloji silah konteksti kimi yanaşmaq olar.  
Bununla belə, ABŞ Dövlət Departamentinin nümayəndələri bildirib ki, “Insect Allies” layihəsi dinc məqsədlər üçün hazırlanır və bioloji silahlar haqqında Konvensiyanı pozmur. Tədqiqatların aparılmasında, həmçinin ABŞ Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri iştirak edirlər.

Nizam Nuriyev “ICTnews”