Meyvələri gec çürüyür, amma təzyiqi normallaşdırır
24.12.2018, 10:50
160
Meyvələri gec çürüyür, amma təzyiqi normallaşdırır

Kivi bir çox xüsusiyyətlərinə görə sitrusçuluqda sərfəli bitki hesab olunur. Qiymətinin digər sitrus növlərinə nisbətən əlverişli olması, meyvələrin gec çürüməsi, 6 aya qədər qalması və daşınma zamanı problemin az olması bu bitkinin iqtisadi baxımdan dəyərini daha da artırır.
İnsan orqanizmə faydalı olan kivinin tərkibində olan C vitamini miqdarına görə bütün sitrus meyvələri arasında birinci yeri tutur. Kivi ürək-damar sistemi üçün çox faydalıdır. Tərkibində kalium və maqnezium mikroelementlərinin olduğuna görə kivi arterial təzyiqi normallaşdırır.
“Aqrobiznes”