Pərpətöyün faydalıdırmı? 
30.11.-0001, 00:00
160
Pərpətöyün faydalıdırmı? 

Tarixi 4000 il bundan əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən bitkinin vətəni Hindistan, Argentina və Braziliyaddır. Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir. Qida dəyəri yüksək olan pərpətöyünün bir çox xəstəliyə qarşı qoruyucu təsiri var.
Omega-3 ilə zəngin olan bu şəfalı bitkinin xəstəliklərdən qoruma xüsusiyyətləri:
-    Ürəyi qoruyur;
-    Xolesterolu aşağı salır;
-    Xərçəng xəstələrinə tövsiyə olunur;
-    Antioksidant təsiri ilə həzm sistemini gücləndirir;
-    Böyrəklərdəki qum və daşı tökür;
-    Qəbizliyi aradan qaldırır;
-    Yorğunluq, halsızlıq və depressiyaya kömək edir;
-    Formada qalmağa zəmin yaradır;
-    Gözü və dərini qoruyur;
-    Həzm sistemini gücləndirir;
Pərpətöyün A, B1, B2, B6, C, E, beta karoten, riboflaven kimi vitaminlərlə və minerallarla zəngin olması səbəbi ilə həzm sistemini gücləndirir.
Milli.Az