Qədim şirniyyat növlərindən biri -“Zeyrən” çörəyi - FOTOLAR
06.12.2018, 13:35
76
Qədim şirniyyat növlərindən biri -“Zeyrən” çörəyi - FOTOLAR

“Zeyrən” çörəyi vaxtilə cənub bölgəsində hər bir ailədə süfrələrin bəzəyi olub və indi də öz yerini qoruyur. Adətə görə, bayram günlərində nişanlı qızlar, gəlinlər üçün bu çörəkdən pay düzəldib aparırlar.
Lerik rayon sakini Gülnaz Şahıyeva çörəyinin bişirilmə qaydalarından danışıb: “Unun üzərinə ilıq süd, yumurta, yumşaldılmış kərə yağı, duz və maya qatılıb xəmir yoğurulur. Xəmir isti yerdə 1 saat saxlanıb kündələrə bölünür. Kündələrin üzərinə su çilənib 25-30 santimetr həcmində əl ilə açılır. Açılmış xəmirin üzərinə içlik yayılıb kənarları badambura formasında bükülür. Üzərinə mətbəx qayçısı ilə naxışlar vurulur. Şirin xəmirin alt hissəsi çəngəllə deştəklənir. Yumurta sarısı, bitki yağı, sarıkök qarışdırılıb xəmirin üstünə çəkilir. “Zeyrən” çörəyi təndirdə və ya 180 dərəcəyədək qızdırılmış sobada bişirilir”.
Çörəyi sobada bişirmək asandır, lakin təndirdə bişən “Zeyrən”in dadı  tamam başqadır. “Zeyrən” çörəyi təndirdə 10 dəqiqəyə bişir. Çörək  soyuduqdan sonra kəsilsə daha yaxşı olar.
“Aqrobiznes”