Qış mövsümündə mal-qaranı necə yemləməli? 
27.12.2018, 18:30
340
Qış mövsümündə mal-qaranı necə yemləməli? 

Əksər fermer təsərriifatlarında mal-qara üçün yem bazasının əsasnı qaba (quru ot, küləş) və qüvvəli yemlər təşkil edir. Çox böyük əhəmiyyətə malik olan silos, senaj, kökümeyvəli yemlərdən və yem payını qida maddələri ilə zənginləşdirən bir sıra bioioji aktiv maddələrdən istifadə olunmur. Ümumiyyətlə yem paylanın tərkibində qaba yemlərin xüsusi çəkisi təqribən 80-85%, qalan hissəsi isə qüvvəli yemlərdən ibarət olur. Həmin yemlərdən tərtib edilmiş yem payları və yem rasionları heyvanların əsas qida maddələrinə olan tələbatnı tam ödəmir. Belə ki, mal qara qış tövlə şəraitində hər enerji yem vahidinə orta hesabla 30-35% və daha çox həzm olunan protein, 20-25% makroelementlər, 40-50% mikroelementiər və 50-60% karotiın (provitamin A) az qəbul edirlər. 
Yem payında göstərilən maddələrin çatışmaması isə hər şeydən əvvəl cavan heyvanlarda inkişafın zəifləməsinə, yaşlı heyvanlarda məhsuldarlığın azalmasına, məhsul vahidinə daha çox yem məsarifinə, heyvanlarda törəmə qabiliyyətinin zəifləməsinə və digər mənfı halların baş verməsinə səbəb olur. 
Bir sıra təsərrüfatlarda heyvanların qısır qalması, zəif və bəzən də ölü balaların doğulması, mal-qara arasında müxtəlif endemik xəstəlikiərin baş verməsinin əsas səbəbi bu təsərrüfatlarda tədarük edilən yemlərin qida maddələrinə görə qiymətiəndirilməməsi və mal-qaranın keyfiyyətsiz yemlərlə yemləndirilməsidir. Hazırda əksər təsərrüfatlarda heyvanların norma əsasında yemləndirilməsi heyvanların növündən, yaşından, məhsuldarlıq göstəriciiərindən asılı olaraq kompleks qida maddələri ilə (zülal, mineral maddələr, vitaminlər) balanslaşdırılmış tam dəyərli yem rasionları tərtib edilmir, həmçinin yem rasionlarında qida maddələrin optimal nisbəti nəzərə alınmır. Bu da hər şeydən əvvəl heyvan orqanizminin normal inkişafına mənfi təsir göstərir.
Zootexniki normalara uyğun yemləmə, orqanizmdə funksional və morfoloji dəyişikliklərin ən nıühüm amilləri-heyvanların böyüməsi, inkişafı, məhsuidarlığı, məhsulun və heyvanların damazlıq keyfıyyətinin təkmilləşdirilməsi yemləmədən asılıdır. Elm sübut etmişdir ki, heyvanlar üçün yem payları və yem rasionları düzgün tərtib edilmədikdə, xüsusən də yem rasionların tərkibində göstərilən qida maddələri çatışmadıqda və ya həddindən artıq olduqda hər şeydən əvvəl orqanizmdə maddələr mübadiləsinin pozulmasına və onun normal inkişafına mənfi təsir göstərməklə, məhsuldarlığın azalmasma, cavanlarda inkişafın zəifləməsinə, vahid məhsul istehsalına daha çox yem sərf olunmasna və məhsulun maya dəyərinin artmasına səbəb olur.
Müxtəlif səbəblr nəticəsində məhsuldar heyvan tələb olunan miqdarda qida maddələri almazsa, onda bir müddət orqanizmdə toplanan qida maddələri fondundan ıstifadə edəcək, bu hal uzun müddət davam edərsə onun gələcəyi aydındır, heyvan get-gedə arıqlayacaq, məhsuldarlığı aşağı düşəcək və bəzi xəstəliklərə daha həssas olacaqdır. Məhz buna görə də heyvanlar məhsuldarlıq dövrlərində tələb olunan miqdarda bu və ya digər qida maddələri ilə zəngin, tam dəyərli yem rasionları ilə yemləndirilməlidir.
Düzgün yemləmə heyvanların yüksək məhsuldarlığını, normal törəyib artma funksiyasını, sağlamlığını təmin edən əsas amildir. Tədqiqatlara əsaslanaraq belə bir ümumi nəticəyə gəlinmişdir ki, yüksək məhsuldar inəklər zootexniki normalar əsasında qida maddələri ilə balanslaşdırılmış tam dəyərli yem rasionları ilə yemləndirildikdə onların süd məhsuldarlığı artır, südün keyfiyyəti, yemlərin tərkibində olan qida maddələrinin mənimsənilməsi artır, vahid məhsul istehsalına az yem sərf olunur, məhsulun maya dəyəri xeyli aşağı düşür, maddələr mübadiləsi və enerji mübadiləsi yaxşılaşır, nəhayət orqanizm normal inkişaf etməklə bir sıra endemik xəstəliklərə davamlı olur. Hazırda respublikanın heyvandarlıqla məşğul olan fermer təsərrüfatlarında ən əsas problem yem bazasını möhkəmiəndirməklə inəklərin keyfıyyətli, qida maddələri ilə zəngin olan tam dəyərli yem payları və yem rasionları ilə yemləndirilməsidir. Məlumdur ki, respublikamıza digər ölkələrdən yüksək məhsuldar cins düyələr gətirilir. Şübhəsiz həmin heyvanların məhsuldarlıq qabiliyyəti hər şeydən əvvəl onun cinsindən asılıdır. Təəssüf ki, çox hallarda bu heyvanlardan gözlənilən məhsul alınmır.
Yüksək məhsuldar inəklərin orqanizmində elə mürəkkəb, oxşarsız proseslər gedir ki, bəzən onların məğzini anlamaq o qədər də asan olmur. Məsələn, diri çəkisi 500 kq və illik süd məhsuldarlığı 4000 kq olan inəyin orqanizmindən çıxan quru maddənin miqdarı orqanizmdə olan miqdarından təqribən 2,6 dəfə çox olur. Aparılan hesablamalara görə 1 litr südün əmələ gəlməsi üçün inəyin yelinindən 400 litrə qədər qan keçməlidir. Belə inəyin orqanizminin saxlanması üçün 7000 k/kolori və 1 litr südün əmələ gəlməsi üçün 712 k/kolori təmiz enerji tələb olunur. 20 kq süd verən inəyin süd məhsulu ilə təqribən 660- 700 q zülal, 700-840 q yağ, 70-80 q mineral maddələr ixrac olur.
“Aqrobiznes”