26 May 2019

Xurmanın 1001 faydası 

5 Fevral 2019
91

Dövlət Aqrar Universitetinin professoru Zaur Həsənov:” Zəngin tərkibə malik xurmada su, quru maddə, şəkərlər, polifenol, yağlar, karotin, yod, üzvi turşular, zülali maddələr, likonin və C vitamini olur. Həmçinin 100 qram meyvədə sortlar üzrə müxtəlif miqdarda elementlər, o cümlədən alüminium, barium, mis, xrom, dəmir, nikel, silisium, vanadium, fosfor, maqnezium, natrium, kalium, kalsium və sair vardır. Qurudulmuş meyvələrdə daha çox quru maddə, şəkərlər, üzvi turşular, dabbaq maddələri və sair olur.
Xurma meyvələrindən həm təzə, həm qurudulmuş, həm də emal olunmuş şəkildə istifadə edilir. Onlardan müxtəlif cemlər, mürəbbə, povidlo, pastila hazırlanır, unlu xörəklərdə içdoldurma (naçinka) üçün işlənir.
Xurma meyvələri böyük pəhriz və müalicəvi əhəmiyyətə malikdir. Tibdə xirnik meyvələrindən hipertoniya və ateroskleroz, qalxanabənzər vəzlərin müalicəsində və triotoksikoz (zobdan yaranmış zəhərlənmələr) xəstəliyi zamanı istifadə edilir. Azərbaycan əczaçılarının (Orucov İ.M., Əliyev R.K. 1965-ci il) xurma meyvələrindən aldıqları şirə (Sukdioskakil) zobdan yüngül və orta dərəcədə zəhərlənmələrə qarşı geniş istifadə edilir.
Xirnik meyvələri büzüşdürücü, canlandırıcı xüsusiyyətlərə malik olmaqla yanaşı, eyni zamanda, orqanizmin soyuqlamaya və mikroba davamlı olmasını təmin edir. O, həmçinin dəriyə müsbət təsir göstərir.
Xurma meyvələri müxtəlif mədə-bağırsaq xəstəlikləri, angina, qanazlığı, damağın müxtəlif mənşəli xəstəlikləri, qan dövranının pozulması, böyrək, öd yollarının xəstəlikləri, halsızlıq, vərəm, sinqa, isitmə, qadın xəstəlikləri ilə müalicədə mübarizə vasitəsi kimi istifadə olunur. Bu məqsədlə təzə, qurudulmuş və dondurulmuş meyvələrdən istifadə edilə bilər.
“Azərtac”
 

CV YARAT