21 İyul 2019

Xərçəngə səbəb olan qidalar

18 Fevral 2019
249
xerchenge-sebeb-olan-qidalar

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisi arasında hər altı nəfərdən birinin ölüm səbəbi xərçəng xəstəliyidir. Təkcə ötən il onkoloji xəstəliklərdən 9,6 milyon insan dünyasını dəyişib. Alimlərin fikrincə, ölümlərin üçdə birinin səbəbi  stabil qıdalanmamaqdır. Seçenov adına Moskva Dövlət Universitetinin Onkoloji Cərrahiyə bölməsinin rəhbəri Nataliya Sukortseva xərçəng xəstəliyinə səbəb olan qidaların siyahısını açıqlayıb.  
1.Şəkər və süni dadlandırıcılar: emal edilmiş şəkər məhsullarının həddən artıq istifadəsi ekdokrin və kardiosistemlərin xronik xəstəliklərinə gətirib çıxarır, piyləmələrə yol açır;
2.Tərkibində şəkər əvəzediciləri, süni rəngləndiricilər olan qidalar və içkilər toksinlərdir. Bu toksinlər mənfi hüceyrələrin inkişafına səbəb olur
Bu cür qidaların istehlakı boğaz, yemək borusu, mədə və digər orqanların xərçəngə yoluxmasına yol açır. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi kolbasa-sosis məhsullarını da emal edilmiş ət məhsulları tipindən olmaqla kanserogen aktivliyi yüksək olan məhsullar sırasına aid edib. Bu məhsulların daimi istifadəsi kolorektal xərçəngə yol açır, gündəlik 50 qram işlənmiş ət istehlakı onkoloji xəstəliklərə tutulma risqini artırır. Agentliyin rəsmisi Nataliya Sukortseva deyib:” Yarımfabrikat məhsullar, sosislər, hisə verilmiş məhsullar zərərli maddələr, çoxlu duz və kimyəvi maddələrlə yüklüdür. Buna görə də davamlı olaraq gündə iki-üç dəfə bu məhsulların yeyilməsi yoğun bağırsaq xərçənginə tutlma risqini artıra bilər”. 
Elm adamlarının apardığı araşdırmalara görə, məhsulların emal prosesində istifadə olunan kimyəvi maddələr xərçəng risqinə yol açır. Bu cür məhsulların başında ultra emal edilmiş məhsullar, unlu məmulatlar, qazlı içkilər, şəkərli qarğıdalı məhsulları, emal olunmuş ət məhsulları gəlir. Bu cür məhsullar şəkər, yağ, duzla zəngin, lakin vitamin və lif baxımından zəifdir. 
“Aqrobiznes” 
 

CV YARAT