21 İyul 2019

Qarğıdalıdan yüksək dən və yaşıl kütlə almaq üçün qaydalar

11 May 2019
186
qargidalidan-yueksek-den-ve-yasil-kuetle-almaq-uecuen-qaydalar

Qarğıdalı əkiləcək sahədə əvvəlcə 8-12 sm dərinlikdə sələf bitkilərindən sonra üzləmə aparılır. Bu əməliyyatın əhəmiyyəti bitki və kövşən qalıqlarının xırdalanması, torpağın üst qatının yumşaldılması, alaq otlarının toxumlarının dağıdıması, nəmliyin saxlanmasından ibarətdir.
Müxtəlif torpaq-iqlim zonalarında qarğıdalının səpin müddətləri müxtəlifdir. Qarğıdalı istilik sevən bitki olduğundan torpaqda 8-100s istilik olduqda əkilməlidir. Respublikamızda becərilən dənlik və silosluq qarğıdalı sortlarının səpin norması torxumun böyüklüyündən asılı olaraq, 1000 ədəd dənin kütləsi 300-350 qr. hektara 17-20 kq olmaqla 45-50 min bitki hesabı ilə əkilir. Sahədə cərgəarası 70 sm. bitki arası isə 25 sm (70×25) olmalıdır. Səpinqabağı sahələrə hektara 20 ton peyin, fiziki çəki hesabı ilə 300 kq fosfor, 165 kq kalium gübrəsinin verilməsi və pərşum edilməsi məsləhət bilinir.
Dəmyə zonasının torpaq-iqlim şəraitindən asılı olaraq qarğıdalı bitkisinin normal böyüməsini və inkişafını təmin etmək üçün cərgəarası becərmələrdən 3 dəfə kultivasiya, bitki aralarının seyrəldilməsi və bitkilərin dib doldurulması aparılmalıdır. Belə ki, yemləmə gübrəsi kimi qarğıdalı bitkisinin inkişafının 3-5 və 7-8 yarpaq əmələ gəlmə mərhələsində hektara fiziki çəki hesabı ilə 250-300 kq azot gübrəsi (amonium şorası) kultivasiyadan qabaq sahəyə verilməli və kultivasiya aparılmalıdır. Cərgə aralarında birinci kultivasiyanın 8-10 sm, ikinci kultivasiyanın 6-8 sm, üçüncü kultivasiyanın isə 5-6 sm dərinlikdə aparılması məqsədəuyğundur.
Qarğıdalı bitkisinin inkişafının ilkin mərhələsində alaq otlarına qarşı Lintur, 2,4 D Amin duzu, ziyanvericilərə qarşı "Karate", xəstəliklərə qarşı "Boleyton" preparatlarından istifadə edilməsi çox əhəmiyyətlidir.
Dən üçün yığılan məhsulun tərkibində nəmlik 27-30% olmalıdır.
Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktor müavini Atif Zamanovun  bu mövsümdə qarğıdalı səpini aparan torpaq adamlarına  məsləhətləri:” Yağıntılar kəsildiyi üçün indi qarğıdalı və digər yazlıq bitkilərin əkini üçün optimal vaxtdır. Qarğıdalı üçün sahə payızda hazırlanmalıdır, dondurma şumu qaldırılmalıdır ki, zərərvericilər, alaqlar inkişaf etməsin.  Yazda, səpindən qabaq yenidən sahə becərilməlidir, bu addımla alaq otları tamamilə məhv olur. Yerli toxumlarla hektara səpin norması 20 kq-dır, amma silosluq və yaşıl yem üçün əkilirsə 25-30 kq hesabı ilə səpilməlidir. Qarğıdalı qida maddələrinə qarşı çox tələbkardır, azot,fosfor, kalium tələb edir. Sahəyə səpində və ya kultivasiya vaxtı mineral gübrələr verilməlidir. Qarğıdalı şoran torpaqlara qarşı çox həssasdır, münbit torpaqlarda əkilməlidir”.

"Aqrobiznes"

CV YARAT