26 May 2019

Ördək yumurtasının 53 faydası

12 May 2019
96

Ördək yumurtası 60-70 qram ağırlığındadır, parlaq görünüşə  malikdir. Ələ götürəndə yağlı bir əşya hissi yaradır. Tərkibi 185-190 kalori, protein 13 qram,  karbonhidrat 1.45 qram, lipit 14 qram, kül 1.14 qram ehtiva edir. 
İnsan sağlamlığı üçün xüsusi əhəmiyyətə malikdir. Zəngin vitamin və mineral maddələrə malik olan yumurta Omega-3 yağ asitləri ilə olduqca zəngindir. ABŞ-da aparılmış bir araşdırmaya görə yumurtanın insan üçün 53 fərqli faydaları var. Ona görə də davamlı yeyilməsi xüsusi ilə tövsiyyə olunur. 
- Stress, depresiyaya qarşı faydalıdır;
- Beyinin  bəzi bölgələrində müxtəlif asit maddələri azalması ilə ortaya çıxan sinir xəstəlikləri zamanı tərkibindəki Omega-3 yağ asitləri balans yaradır; 
- Daimi ördək yumurtası yemək ürək infarktı, ani ölümlərin qarşısını alır;
- Orqanizmdəki konsantrasiya gücünü artırır, beyinin aktiv və funksional şəkildə işləməsini təmin edir; 
- Tərkibində potasium, maqnezium, sodyum kimi minerallar bədənin qida çatışmamazlığını aradan qaldırır;
- Şəkər xəstəliri üçün olduqca faydalıdır, qandakı şəkər miqdarını təmzimləyir;
- Uşaqlarda fiziki inkişafa müsbət təsir göstərir;
- Göz sağlamlığını qorumaq üçün faydalıdır, gözdəki quruluğu aradan qaldırır. 
Ördək bataqlıqda yaşamağı sevdiyi üçün bəzən yumurtalarında Salmonella adlı virus mənşəli mikroplar ola bilər. Bu mikroplar insanın mədə və bağırsaq sistemi üçün təhlükəlidir, ona görə də ördək yumurtası alarkən hansı şəraitdə saxlandığına diqqət yetirmək lazımdır. 
Suda qaynadılaraq yeyilməsi tövsiyyə olunur.

“Aqrobiznes” 

 

 

 

 

CV YARAT