26 May 2019

Ekoloji məhsul istehsalına keçmək istəyən huquqi-fiziki şəxslərin nəzərinə!

13 May 2019
71

AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi özünün fəaliyyət  proqramına uygun olaraq Ekoloji (orqanik) məhsul istehsalına keçmək istəyən istehsalçılar üçün təlim kursları təşkil edir. Təlimlər Beynalxalq Ekoloji (Orqanik) Kənd Təsərrüfatı Hərəkatı Federasiyasının (İFOAM) standartlarına uyğun olaraq ekoloji təmiz məhsul istehsalının prinsipləri, tələbləri, üsulları, standartları və sertifikatlaşdırma problemləri də daxil olmaqla tam kursun məşğələlərini əhatə edir.
“Mərkəz” həm də ölkə və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisələrin, təsərrüfatların və fiziki şəxslərin ekoloji istehsala keçid dövründən başlayaraq Avropa akkreditasiya orqanları tərəfindən sertifikatların verilməsi mərhələsinə qədər ekoloji istehsal zəncirinin başa çatması üçün öz xidmətlərini təklif edir. Bütün öhdəliklər müqavilə əsasında həyata keçirilir.
Keçid dövrünü başa vuran istehsalçıların durumu yerli inspeksiya tərəfindən qənaətbəxş hesab edildiyi halda istehsal olunan məhsulun sertifikatlaşdırılması haqda beynəlxalq akkreditasiya orqanları qarşısında vəsadət qaldırılır. Bizim fəaliyyətimiz dövründə ölkə tarixində ilk dəfə olaraq 200 fermer Avropa təşkilatları tərəfindən sertifikatlaşdırılaraq “Orqanik Fermer” statusunu qazanmışlar.
Bizimlə əməkdaşlığa tələsin!
Ünvan: Qax şəh,İmam Mustafayev küç. 93,
AZ3400, Azərbaycan
Telefon/Fax:+994 (24) 255 30 04
Mob: +994 055 271 71 01 | 077 477 00 00
E-mail: office@etkt.az
URL: http://www.etkt.az

CV YARAT