26 May 2019

Qoyunları niyə qırxmaq lazımdır?

14 May 2019
65

Regionlardakı xırdabuynuzlu təsərrüfatlarda heyvanların yun qırxımı yekunlaşıb.Bəs heyvan nəyə görə qırxılmalıdır?
Yun qırxımının aparılması xırdabuynuzlu heyvanlarda gənə, qızdırma, qoturluq və digər xəstəliklərin yayılmaması üçün çox vacibdir.Qırxım qoyunlarda bədən temperaturunun sabit saxlanması və artım üçün zəruri tədbirlərdən sayılır. 
Yundan hazırlanan yataq dəstləri və geyimlər insan sağlamlığı üçün çox faydalıdır.Yundan hazırlanan yataq dəstləri radikulit, əsəb sistemi, qan dövranı və bəzi xəstəliklərin qarışısını alır.
Qırxımın aparılması üçün hər bir təsərrüfatda yüksək ixtisaslı yun çeşidləyiciləri,kifayət qədər qırxınçılar, mexanik, yun presleyen, bıçaq itiləyən, hesablayıcı və digər köməkçi işçilər olmalıdır. 
Qoyunlar qırxılarkən yun örtüyü quru olmalıdır. Havalar yağmurlu keçdikdə qoyunların yun örtüyü islanır,nəm olur, ona görə də belə hallarda qoyunları qırxmaq olmaz. Nəmli halda (yaş) qırxılan yun qablaşdırıldıqdan sonra kiplərdə kif əmələ gəlir bu zaman yunun keyfiyyəti və qiyməti aşağı düşür.
Qoyunları qırxım qabağı–cinsinə,cinsiyyətinə,yaş qrupuna və yun örtüyünün rənginə görə qruplara ayırmaq lazımdır.Eyni zamanda bir qrup qoyunlar qırxılıb qurtardıqdan sonra məntəqə təmizlənməli və qırxıma ikinci qrup qoyunlar buraxılmalıdır.Bununla əlaqədar olaraq əvvəlcə həmişə ağ yun örtüyünə malik olan qoyunlar qırxılır, sonra isə müxtəlif rəngli qoyunların qırxımı başlanır.
“Aqrobiznes” 
 

CV YARAT