26 May 2019

Çiyələk yığımı gələn həftə başlayır - FOTOLAR

14 May 2019
58

Çiyələk insan orqanizmi üçün faydalıdır.Ruhdan düşməmək,daim yaxşı əhval-ruhiyyədə olmaq üçün alimlər müntəzəm olaraq çiyələk yeməyi məsləhət görürlər.
Artıq Xaçmazda mayın ikinci ongünlüyündən çiyələyin yığımına başlanılacaq.Təsərrüfatçılar Avropadan gətirilən növləri becərməyə üstünlük verirlər.Səbəb həmin növ çiyələklərin həm məhsuldar, həm də satış üçün əlverişli olmasıdır. Hər il Xaçmazda 100 hektara yaxın çiyələk əkilir.Bu sahələrdən 150 tona yaxın məhsul yığılır.
Beş hektar sahəsi olan Rəşad Ağaşirinov bildirib ki,yaz aylarında havaların nisbətən soyuq keçməsi çiyələk yığımını 10-15 gün gecikdirsə də, məhsuldarlıq yaxşıdır:“Çiyələk bitkisi xüsusi aqrotexniki qulluq tələb edir. Sahəni alaqdan qorumasan məhsul almaq mümkün deyil. Biz suvarmanı damcı üsulu ilə həyata keçiririk. Sahələrə əsasən üzvi gübrələr verilir. Bununla da çiyələk həm dadlı olur, həm də tağdan dərdikdən sonra daha uzun müddət saxlamaq mümkündür”.
Bir ay davam edəcək yığım zamanı əldə olunan məhsul yerli bazarlarda satılacaq.
Elxan Yusifli, “Azərtac” 

 

CV YARAT