26 May 2019

“Startup”çıların nəzərinə!

14 May 2019
58

“Caspian Agro-2019” 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi çərçivəsində mayın 15-dən “AgroX - İnnovation Lab Proqramı” və “Agrar Hackathon” startap müsabiqəsinə start verilir. Aqrar sahədə innovasiyaların tətbiqinə həsr olunmuş müsabiqə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi və “Startup Azərbaijan”ın təşkilatçılığı ilə keçiriləcək. “AgroX - İnnovation Lab Proqramı” və “Agrar Hackathon” startap müsabiqəsinin məqsədi aqrar sahədə innovasiyaların inkişafına şərait yaratmaqdır. “Agrar Hackathon” startap müsabiqəsi kənd təsərrüfatı sahəsində biznes ideyalarını və innovativ bizneslərini inkişaf etdirmək istəyənləri üzə çıxarmaq və onlara dəstək vermək məqsədilə təşkil olunur. 
Mayın 15-dən başlayacaq qeydiyyat prosesi bir ay davam edəcək.Müsabiqəyə fərdi və ya komanda şəklində müraciət etmək olar.Müsabiqədə iştirak etmək istəyənlər 12 istiqamət üzrə ideya və ya layihələr irəli sürə bilər.Müsabiqə çərçivəsində müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlər aqrar sahədə innovasiyaların və texnologiyaların tətbiqi ilə bağlı gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə, bu sahəyə marağın artırılmasına yardımçı olacaq.
İyunun 15-də layihələrin ilkin seçim prosesinə başlanılacaq.İyunun 25-dən müsabiqənin ikinci mərhələsinə start veriləcək.25-30 iyun tarixlərində seçilən layihə müəlliflərinə təlimlər keçiriləcək. 15 iyun-15 iyul tarixlərində müsabiqə çərçivəsində “Startup”çılara layihələrin formalaşması və inkişafına yardım məqsədilə mentorluq təmin olunacaq. 15-20 iyul tarixlərində layihələrin qiymətləndirilməsinə başlanacaq. Müsabiqənin üçüncü mərhələsində - 25-30 iyulda layihələrin yekun təqdimat mərasimi keçiriləcək.
Müsabiqədə I yer üçün 6000 manat,II yer üçün 4000,III yer üçün 2000 manat mükafat nəzərdə tutulur.
Ətraflı məlumat və qeydiyyat üçün http://agro.startup.az/ linkə daxil ola bilərsiniz.
“Aqrobiznes” 
 

CV YARAT