21 İyul 2019

Üç adı, min dadı var - FOTOLAR

23 May 2019
143
uec-adi-min-dadi-var-fotolar

Bu qiymətli bitki üç adla tanınır: gəncəlilər ona qulançar, şirvan zonası isə mərəcüyüd və ya quşqonmaz deyir. 4 min il bundan əvvəl Misirdə, sonra isə Romada məşhur olub. Aprel-may aylarında cavan zoğlar şəklində yığılaraq satılır, ləzzətli bişintisi alınır, çığırtması ələ düşməz. Əvvəlcə duzlu suda pörtülür, sıxaraq  suyu çıxarılır, yağ-soğanla qızardılır. Üstünə kənd yumurtası çalanda ləzzəti birə-beş artır. Tərkibində karbohidratlar, protein, A, D, B12, B6, C vitaminləri, kalsium, maqnezium kimi maddələr var. 
Dədə-baba deyirdi ki, bu bitki böyrək, ürək, qan təzyiqi, yel, şəkər, vərəm kimi xəstəliklərin əlacıdır, qandayandırıcı, sidikqovucu xüsusiyyətləri var. 
“Aqrobiznes”

CV YARAT