21 İyul 2019

Dəyərli yem bitkisi: sorqo (süpürgə)

25 May 2019
158
deyerli-yem-bitkisi-sorqo-suepuerge

Sorqo çörək, yem və texniki məqsədlərlə becərilən bitkidir. Dəni qida maddələri (nişasta, zülal, piy və s.) ilə zəngindir. Çox qidalı bitkidir,tərkibində 70% nişasta,12% zülal,3,5% yağ vardır.Sorqo bitkisindən 800-900 sentiner yaşıl kütlə, 30-35 sentiner dən məhsulu almaq mümkündür. Qarışıq əkinlərdə məhsuldarlıq 20%-dən artıq olur. Dənin tərkibindəki zülala görə şəkərli sorqo (13,4%) fərqlənir, yağın miqdarına görə isə Çin (4,3%), şəkərli sorqo (4,2%) seçilir. 
Sorqonu dəmyə şəraitində becərdikdə, onun dəninin tərkibində zülalın miqdarı suvarma şəraitinə görə çoxalır, ancaq nişastanın miqdarı ilə azalmağa məruz qalır. Sorqonun dəni spirt, nişasta almaq üçün xammal kimi istifadə olunur.Dən sorqosundan yarma istehsalında istifadə olunur. Şəkərli sorqonun gövdəsini sıxaraq şirə alınır, bu da patoki (balı) almaq üçün işlədilir. Bu sorqonun gövdəsindən 10-15% şəkər, şirəsindən isə emal zamanı 15 sentinerə  qədər patoki alınır. 
Şəkərli və taxıl sorqoları yaxşı qidalı yem keyfiyyətinə malikdir, xüsusən də taxıl sorqosu bütün növ və cins heyvanların yemləndirilməsində istifadə olunur. Taxıl sorqosu quşların və donuzların yemləndirilməsi üçün çox qiymətlidir.Şəkərli sorqonun gövdələri qarğıdalının dən üçün məhsul yığımından sonra qalmış quru gövdələri ilə və həmçinin başqa bitkilərlə siloslaşdırılmağa çətin yarayan tarla bitki qalıqları ilə birlikdə qarışıq siloslaşdırmada yaxşı komponent hesab olunur.
Süpürgənin dənindən heyvandarlıqda yem kimi, qalan hissəsindən isə məişətdə təmizlik işləri aparmaq üçün istifadə olunur.İndi isə süpürgənin saçaq hissəsindən evlərin təmizlənməsində istifadə olunur. Sarqo yalnız Ağstafa rayonunda becərilir.Ölkənin süpürgəyə olan tələbatının çox hissəsini ödəsə də, bu bitkinin becərilməsi ilə məşğul olan insanlar satışdan əldə etdikləri gəlirlə öz maddi tələbatlarını ödəyə bilmir. 
Bitkinin becərilməsi bir çox mərhələlərdən keçərək çox böyük əziyyət bahasına başa gəlir.Aprel ayından başlayaraq toxum torpağa səpilir.Aqrotexniki qaydalara riayət olunaraq əldə olunan məhsulun yığımına avqust ayının sonlarından başlanır. 
Sevil Abbasquliyeva
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri  

CV YARAT