15 Sentyabr 2019

Tutun sağlamlığa möcüzəvi təsirləri

25 May 2019
271
tutun-saglamliga-moecuezevi-tesirleri

Tut rəngindən asılı olmayaraq zəngin vitamin-mineral tərkibə: faydalı fruktoza, qlukoza, efir yağları,üzvi turşular və s. malikdir. Hər 100 q meyvənin qidaliliq dəyəri: 1,44q zülal, 0,39q sulu karbonlar, 1,7q sellüloz, 8,1 monov ə dişəkərlərdən ibarətdir. Enerji dəyəri hər 100 q meyvədə 43 kKal-dır. Ağ tut meyvələrində müasir tibbdə yüksək qiymətə malik antioksidant olan resveratol var. Antioksidantlar gözün selikli qişasının zədələnməsi və görmə zəifliyi, immun sisteminin zəifləməsi, vaxtsız qocalmanın qarşısının alınmasında əhəmiyyətlidir. Tut meyvələrinin mineral tərkibi də çox zəngindir. Meyvələrdə F, K, Mq, Na, Mn, Cu, S, Ca və digər elementlər mövcuddur. Eyni zamanda tut meyvələrində 2 mq dəmir var ki, bu da onu digər meyvə bitkilərindən fərqləndirir. Tut meyvələri B qrup vitaminlərlə: tiamin,niasin,xolin,riboflavin,folu turşusu ilə də zəngindir. Rəsmi təbabətdə tut meyvələri qan azlığı, maddələr mübadiləsinin bərpası, gipexrom anemiya (qırmızı qan hüceyrələrində hemoqlobin azlığı), öd yollarının xəstəliyi, sulu karbonların mübadiləsi və piylənmənin nizamlanması, tər gətirmə vastəsi olaraq istifadə olunur. Tut meyvələrində kalium duzlarının mövcudluğu, ürək fəaliyyətinin pozulması zamanı faydalıdır.

“Aqrobiznes”

CV YARAT