21 İyul 2019

"Səbr ilə halva bişər, ey qora səndən, bəsləsən atlas olar tut yarpağından" - FOTOLAR

28 May 2019
146
sebr-ile-halva-biser-ey-qora-senden-beslesen-atlas-olar-tut-yarpagindan-fotolar

Kümxanalarda sonuncu bəsləmə tədbirləri həyata keçirilir, məhsul mövsümü yaxınlaşır. Artıq kümxanalarda ipəkqurdları dörddüncü yuxunu başa vuraraq beşinci yaşa qədəm qoyub. Bir neçə gündən sonra barama sarımağa başlayacaqlar. Təxminən bir həftədən sonra hər bir kümçü öz zəhmətinin bəhrəsini qiymətləndirə biləcək. 
Kümxanalarda bəslənmə şəraitinin gedişi ilə tanış olmaq üçün yaxın  günlərdə bəzi rayonlarımızda olaraq vəziyyətlə maraqlanmışıq. Yolumuzu ilk olaraq işğaldan azad edilmiş ərazilərdən saldıq. Cəbrayıl rayonunun kümdarları bu il 125 qutu barama qurdu götürüblər. Cocuq Mərcanlı kəndində bu il 26 illik fasilədən sonra ilk dəfə barama qurdu saxlanılmağa başlanıb. Hələlik iki ailə ilk təşəbbüs göstərib. Ramil Fərhadov və Elmir Məmmədov bildirdilər ki, cəbhənin təmas xəttində yerləşən kənddə bu sahə ilə məşğul olmaq əlverişlidir, ilk dəfə bu işi görürlər, mövsümdə 150 kiloqram barama istehsalı planlaşdırırlar. Kümdarlar növbəti illərdə bu sahəni genişləndirmək üçün Cocuq Mərcanlı ərazisində öz həyətyanı sahələrində 300 ədəd tut ağacı əkiblər. Gələn ilin məhsulu üçün  rayon ərazisində 4130 tut ağacı əkilib. 
Füzulidə isə baramaçılığa dədə-baba sənəti kimi baxırlar. Çünki, sovet dövrü rayon əhalisinin böyük əksəriyyəti barama saxlamaqa məşğul olub. Ona görə də Füzulu bu il ən çox – 1150 qutu barama qurdu götürüb. Kümdarlara məsləhət xidmətləri göstərən rayon sakini Azər Mirzəliyevlə birgə Böyük Bəhmənli kəndindəki kümxanalara baş çəkdik. Kənd sakini Rəşid Bayramovun kümxanasına baxış zamanı bəslənmə-qulluq işlərinin səviyyəsi normal qiymətləndirildi. Kümxananın havalanması, temperaturu və digər normalara güzgün əməl edildiyi üçün barama qurdlarının inkişafı da tələblərə uyğun gedir. 
Növbəti dayanacağımız isə Ağsunun Qaraqoyunlu kəndi oldu. Bu il rayon üzrə 400 qutu barama qurdu bəsləməyə götürülüb ki, bunun böyük əksəriyyəti Qaraqoyunlu kəndinin öhdəsinə düşüb. Kənd sakini Sadiq Əhmədov bizimlə söhbətində bildirdi ki, kənddə sovet dövrü də kütləvi şəkildə baramaçılqla məşğul olduqalrı üçün işə ürəklə girişiblər:” Üç ildir dövlətin dəstəyi ilə bu işlə məşğul olmağa başlamışıq. Yem bazasını zənginləşdirmək üçün 2 min ədəd tut ağacı əkmişik. Əsas məsələ yem bazasını genişləndirməkdir. Hər il 500 kq barama istehsal edirik, kənd camaatını bu sahəyə təşviq edirəm ki, gələn il daha çox ipəkqurdu götürüb saxlayaq”- deyə kənd sakini bildirdi. 
Sonuncu dayanacağımız isə Goranboy rayonu oldu. Bu il rayon üzrə 375 qutu baramaqurdu bəsləməyə qəbul edilib. Rayonun Zeyvə kənd sakinləri birinci ildir ki, qurd saxlamağa başlayıblar. Bunu nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri İmran Cümşüdov, Rafail Quliyev, Arıçılıq Mərkəzinin rəhbəri Allahverdi Seyidov, Goranboy və Naftalan üzrə DAİM nümayəndələri, eləcədə Çin və Hindistanda ipəkqurdu bəslənməsi üzrə təlim keçmiş Heyvandarlıq Elmi Tətqiqat İnstitunun əməkdaşı Nuranə Qəmbərova kənddəki kümxanalara baş çəkərək kümdarlar üçün maarifləndirici təlim keçiblər. İmran Cümşüdov kənd sakinlərinə kümxanaların quru saxlanması üçün əhəngdən istifadə olunmasını tövsiyyə edərək fikrini konkret misallarla  əsaslandırıb. Allahverdi Seyidov:”Barama qurdu üçün sonuncu yaşda ən vacib məsələ yemin normativlər əsasında verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın düzgün qurulmasıdır. Yarpaqlar qurudularaq verilməlidir, əks təqdirdə kümxanada xəstəlik yarana bilər”-deyə bildirib. Nuranə Qəmbərova:”Çin və Hindistan təcrübəsinə istinad edərək kümdarlarımıza kümxananın düzgün işıqlandırılmasını məsləhət görürəm. İşıqlandırma bərabər paylanmalıdır, bu barama qurdunun iş keyfiyyətini daha da artırır”.  
Təlimdə iştirak etmiş kənd sakinləri tövsiyyələrə diqqətlə qulaq asaraq bu qaydalara növbəti qulluq işlərində ciddi əməl edəcəklərini bildirdilər. 
Bu il ölkədə yaş barama istehsalının 800 tona çatdırılması planlaşdırılır. Bu işdə hər bir zəhmət adamına uğurlar arzulayırıq! 
Nicat Nəsirli
“Aqrobiznes”  
 

CV YARAT