15 Sentyabr 2019

İlk elmi-seleksiya məqsədli intensiv dovşan ferması açıldı-FOTOLAR-VİDEO

7 İyun 2019
360
ilk-elmi-seleksiya-meqsedli-intensiv-dovsan-fermasi-acildi-fotolar-video

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Azərbaycan Dovşançılar Asossasiyasının birgə təşkilatçılığı ilə “İntensiv dovşançılığın kiçik ailə təsərrüfatlarının  inkişafında rolu” mövzüsunda konfrans keçirilib. Konfransı giriş sözü ilə açan institutun direktoru Mahir Hacıyev son illər aqrar sahədə aparılan islahatlara toxunaraq bildirib ki, dünya ölkələrində əhalinin ət məhsullarına olan təlabatının təmin edilməsində dovşan ətindən geniş istifadə olunur, ölkəmizdə də bu sahənin inkişaf etdirilməsinə böyük zərurət yaranıb. Bunu nəzərə alaraq elmi tətqiqat institutu dovşançılıq sahəsində elmi-seleksiya mərkəzinin yaradılması, intensiv bəsləmə metodlarına əsaslananan fermanın qurulmasını başa çatdırıb. Gələcəkdə bu mərkəzdə dovşançılıqla bağlı damazlıq, zootexniki, baytarlıq və digər xidmətlərin göstərilməsi həyata keçiriləcək. Konfransda çıxış edən Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli bildirib ki, Azərbaycan Dovşançılar Assossasiyası öz ətrafında 200 nəfərə yaxın heyvandarı birləşdirir və bu təsərrüfatlarda 8 min başdan çox hazırda cins dovşan saxlanılır. Cins dovşan təsərrüfatları Bakı kəndlərində, Qazax və Xaçmaz rayonlarında daha çox formalaşıb, amma demək olar ki, bütün rayonlarımızda xırda təsərrüfatlar mövcuddur. 
Dovşançılar Asossasiyasının nümayəndələri Rauf Qurbanov və Bəxtiyar Məmmədov, eləcədə Aqrar Universitetin müəllimləri intensiv dovşançılığın iqtisadi-elmi aspektləri haqda təqdimatla çıxış ediblər. Bildirilib ki, dovşançılıq ev təsərrüfatları üçün rentabelli sahədir. Belə ki, dovşanlar təbiətdə sürətlə artır və doğumdan sonra qısa bir vaxtda yenidən boğaz qalır. Boğazlıq dövrü 31 gündür, hər doğuşda 6-10 bala verir. İldə bir damazlıq dovşan yeddi dəfə doğur, ümumilikdə  50 baş bala verir. Bir baş bala üç ay bəsləmə dövründən sonra 1200-1500 qram çəki yığmaqla kəsimə göndərilir. Sürətli ət yığımına görə dovşan toyuq və balıqlarla müqayisə oluna bilər. Əti keyfiyyətlidir, ağ ət qrupuna aid edilir, şəkər, qan təzyiqindən, artıq çəkidən əziyyət çəkənlər üçün məsləhət görülür. 
Konfransın sonunda dovşan ətindən hazırlanmış yeməklərin dequstasiyası keçirilib və intensiv bəsləmə fermasının açılışı olub. Azərbaycan Dovşançılar Asossasiyası tərəfindən yeni açılmış fermaya 20 baş cins dovşan hədiyyə olunub. Fermanın qurulmasında əsas məqsəd yaxın gələcəkdə bu vacib heyvandarlıq sahəsinin damazlıq-seleksiya işlərinin təşkil edilməsidir. 

“Aqrobiznes” 

 

CV YARAT