15 Sentyabr 2019

Biçindən sonra sahələr növbəti əkin üçün necə hazırlanmalıdır?

8 İyun 2019
164
bicinden-sonra-saheler-noevbeti-ekin-uecuen-nece-hazirlanmalidir

Dağətəyi və aran ərazilərdə kütləvi taxıl biçini kampaniyası gedir. Gələn ilin yüksək məhsulu üçün indidən – məhsul biçinindən dərhal sonra torpağın əkin üçün hazırlanması zəruri aqrotexniki tədbirdir. Bunun üçün nə edilməlidir?
Növbəti ilin yüksək məhsuldarlığını təmin etmək məqsədilə taxıl biçilən kimi torpağın quruyub çatlamaması üçün vaxt itirmədən küləş sahədən bağlanıb çıxarılmalı və ya doğranaraq sahəyə səpilməlidir. Sonra əgər taxıl çox hündürdən biçilməyibsə və diski rahat işləyə bilirsə sahəyə 7-9 santimetr dərinliyində ağır disk çəkilir. Bu zaman sahənin üzərindəki çatlar bağlanır və torpağın dərinliyində olan suyun buxarlanmasının qarşısı alınır. Digər tərəfdən, bu əməliyyat, həm də çöldə olan alaq bitkilərinin toxumlarının torpağa qarışmasına səbəb olur ki, bu toxumlar ilk yağışlarda cücərir. Əgər yağışlar tez başlayarsa (avqustun axırı, və ya sentyabrın əvvəli) və torpaq şumlamaq üçün hazır olarsa həmin vaxt 20-22 santimetr dərinlikdə şumlanır, əkin zamanına yaxın əlavə olaraq tələb olunan lazımi əməliyyat-diski, mala aparılaraq səpin həyata keçirilir.
Əgər zəmi hündürdən biçilibsə və diskiləmə işi keyfiyyətlə alınmırsa o zaman küləş qalığı götürülən kimi sahə 20-22 santimetr dərinliyində şumlanır, ardınca vaxt itirmədən ağır mala çəkilərək hamarlanır. Ağır malanın çəkilməsində məqsəd sahənin hamarlanmasına nail olmaqdır ki, bu zaman ilkin yağışlardan sonra alaq otları bərabər şəkildə cücərir. Alaq otları cücərdikdən sonra keyfiyyətli alınarsa diski ilə məhv edilməlidir. Əgər bu əməliyyat gecikərsə və keyfiyyətli alınmazsa o zaman dayaz şum çıxarılması mümkündür. Sonradan sahənin vəziyyətinə görə ya diski, mala və səpin, ya da təkcə mala və səpin aparmaq olar.
Atabəy Cahangirov
Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru

CV YARAT