21 İyul 2019

Hələb keçiləri kəskin istilərdə "kef edir" - VİDEO

28 İyun 2019
83
heleb-kecileri-keskin-istilerde-kef-edir-video

Bu gün dünya ölkələrinin təsərrüfat həyatında istifadə olunan keçi cinslərinin hər birinin özünəməxsus xüsusiyyətləri var, amma Hələb keçisi ilk növbədə xarici görünüşünə görə onlardan kəskin fərqlənir. Gəlin bu cinslə yaxından tanış olaq. 
Vətəni başda Suriya olmaqla şərq ölkələridir, ona görə də Hələb keçisi, Şam keçisi, Dəməşq keçisi kimi adlarla tanınır. Hazırda 50-dən çox ölkədə yayılıb, isti iqlimə dözümlü olduğu üçün təsərrüfatlarda baş sayı getdikcə artır. 
Təkələrinin hündürlüyü 1 metr, çəkisi 130 kiloqramdır. Dişiləri 85-95 kq ağırlığında, hündürlüyü 75 sm, yeni doğulan balaların çəkisi 5 kq təşkil edir. Ətlik-südlük cins olsada südünə daha çox üstünlük verilir, əlverişsiz iqlim şərtlərinə dözümlü, istənilən şəraitə tez uyğunlaşan, sürü halında idarəolunması  asandır. Ət, süd, yun məhsuldarlığı heyvandarlar tərəfindən qənaətbəxş hesab olunur. Gündə iki dəfə sağılan keçinin baş sayı artdıqda texnoloji üsulla sağımının tətbiqi qaçılmaz olur.  Saxlayanlar deyirlər ki, otarılma ilə yanaşı  qüvvəli yem verilərsə gün ərzində 3-6  litr süd sağmaq mümkündür. 
Məhsuldarlıq göstəricilərinə görə, bu cins iqtisadi baxımdan yüksək qiymətləndirilir. Bir çox ölkələrdə əhalinin ağartıya, ətə olan təlabatının təmin olunmasında mühüm rol oynayır. Boğazlıq dövrü 23 həftə çəkir, əksər hallarda əkiz, üçüz və dördüz bala verir ki, bu da təsərrüfatda gəlirləri sürətlə artırmağa imkan verir. Balalarını tüklü və gözüaçıq doğur, çəpişlər doğulandan bir neçə saat sonra normal adaptasiya keçərək analarının dalınca düşür. Hələb keçisinin təsərrüta həyatı 12-15 ildir. Laktasiya dövrü 270 gündür, dərisi əlçək, çanta, ayaqqabı istehsalında, yunu isə toxuculuqda geniş istifadə olunur. Südü azyağlıdır, inək südünə nisbətən yüngül və dadlıdır. Hamı bilir ki, bütün cinsdən olan keçilərin südü tərkibinə görə ana südünə yaxındır, çünki keçi südü kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Allergiya riskinin olmaması, qastrit, mədə-bağırsaq xəstəliklərinə qarşı müalicəvi xüsusiyyəti bu südün əsas üstünlüklərindəndir. Keçilər digər ev heyvanlarına nisbətən xəstəliklərə çox davamlıdır. Buna görədir ki, xarici ölkələrdə keçinin yağı da müalicəvi maddə kimi geniş istifadə olunur. Həkimlərin dediklərinə görə, bu yağ uşaqlarda öskürək və bronxiti asanlıqla müalicə edir, mədə-bağırsaq xoraları,qastritə qarşı mübarizədə faydalıdır, həzm prosesini yaxşılaşdırmaqla zökəmi aradan qaldırır, qripə yoluxduqda immuniteti gücləndirir, daban şporu, duzlaşma, oynaq, diz ağrılarında, sinir iltihabında xaricə isidərək çəkilir, nəticədə ağrıları azaldır. Keçi piyi ilə kürəyi, sinəni, boyunu masaj etmək və üzə maska qoymaq olar şərq ölkələrində geniş yayılıb. 
Ailə biznesinə Hələb keçisi ilə başlayanlar deyirlər ki, cəmi neçə başla qurulan təsərrüfat qısa vaxtda özünü doğruldaraq sahibinə gəlir gətirməyə başlayır. Əti ilə yanaşı, südü də yüksək qiymətə satılır, yunu uzun olduğu üçün toxucular onun üstündə “baş yarır”. Bax, buna görə atalar deyib ki, “varlı olmaq istəyirsənsə, keçi saxla!”. 
"Aqrobiznes" 
 

CV YARAT