21 İyul 2019

Heyvanlarda günvurma hansı xəstəliyə yol açır?! - VIDEO

28 İyun 2019
45
heyvanlarda-guenvurma-hansi-xesteliye-yol-acir-video

Heyvanlar uzun müddət qızmar Günəş altında saxlandıqda Günəşin düz şüaları baş beyin və onurğa beyində yerləşmiş mərkəzləri fəaliyyətdən salır. Heyvanların uzun müddət istirahətsiz ağır işdə işlədilməsi, içməli suyun çatmaması, piylənmə, ürək-damar sistemində qüsurlar, heyvanın başı aşağı çox bağlı saxlanması kimi hallar günvurma xəstəliyinin əmələ gəlməsinə şərait yaradır. Uzun müddət tövlədə saxlanıb az hərəkət edən, habelə şimal ölkələrindən gətirilmiş heyvanlar günvurmaya daha tez məruz qalır. Günvurma zamanı əvvəlcə heyvanda ümumi zəiflik, həyacanlanma, tənəffüsün tezləşməsi, tərləmə, əzələ tonusunun aşağı düşməsi, yeriyərkən büdrəmək kimi əlamətlər görünür, bəzən bədənin ümumi temperaturu yüksəlir. Proses ağır formada olduqda heyvan özündən gedib yıxılır, bəbəkləri genəlir, refleksləri kəskin surətdə zəifləyir.
Ürək-damar və tənəffüs sistemi üzvlərində dəyişiklik əmələ gəlir: selikli qişalar sianozlaşır, nəbz dalğaları kiçilir, damarlar qanla kifayət qədər dolmur, ürəyin ritmi pozulur, tənəffüs tezləşir və aritmiya müşahidə olunur. Xəstəyə vaxtında müvafiq baytar yardımı göstərildikdə 2-3 saat ərzində ürək-damar və tənəffüs sistemlərində mövcud olan pozğunluqlar tədricən aradan qalxır, lakin heyvanda ümumi zəiflik hələ bir neçə gün davam edir. Əks halda, müalicə aparılmadıqda və günəşin düz şüalarının təsiri aradan qaldırılmadıqda heyvanda koma halı başlayır: heyvan yerə yıxılır, reflekslər itir, qıcıqlara cavab vermir, qeyri-iradi olaraq sidik və nəcis ifraz edir, tənəffüs çətinləşir, nəbz zəifləyir və miqdarı azalır. Başın və bədənin dərisi isti və quru olur. Komatoz halında ürək-damar və tənəffüs mərkəzlərinin iflici ölümə səbəb olur.
Eləcə də fermerlərə tövsiyə edir ki, heyvanları günün isti vaxtlarında (saat 11:00-dan 17:00-dək) günvurmadan qorumaq üçün baytarlıq-sanitariya qaydalarına uyğun kölgəliklərdə saxlamaq, baytar həkiminin nəzarəti altında vaxtlı-vaxtında çimizdirmək, iribuynuzlu damazlıq heyvanları sərinləşdirici vasitələrdən istifadə edərək temperatur rejimini tənzimləməklə, yaşıl yem kütləsi və təmiz içməli su ilə təmin etmək lazımdır.
“Aqrobiznes”

CV YARAT