21 İyul 2019

Astarada sitrus bağları quruyur: bahalaşma ola bilərmi? – VİDEO

8 İyul 2019
49
astarada-sitrus-baglari-quruyur-bahalasma-ola-bilermi-video

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonda sakinlərin əsas gəlir yerlərindən sayılan sitrus bağlarında ağacların quruması müşahidə olunur. Əvvəlcə ağacların yarpaqları, sonra meyvələr quruyaraq yerə tökülür. Təsərrüfatçılar bildirir ki, ağac çiçək açan vaxt, yəni tozlanma dövründə havaların əlverişsiz keçməsi, yağışlar, ardınca temperaturun qısa müddətdə yüksəlməsi ağacların qurumasına gətirib çıxarıb. Təsərrüfatlarda, əsasən, naringi, kinkan ağacları zərər görüb. Bu prosesin qarşısını almaq üçün görülən tədbirlər hələ də nəticə vermir. Məhsuldarlığın aşağı düşməsinin meyvələrin mövsümü vaxtı belə, qiymətə təsir edəcəyi istisna olunmur.
"Aqrobiznes"
 

CV YARAT