21 İyul 2019

Heyvanları teyleriozdan qoruyun!

10 İyul 2019
56
heyvanlari-teyleriozdan-qoruyun

Teylerioz qaramalın qan-parazitar – qızdırma xəstəliyidir. Havaların istiləşməsi və heyvanların otlaq şəraitinə çıxarılması ilə əlaqədar onlarda qan-parazitar xəstəliklərindən olan teyleriozu törədən gənələrin aktivləşməsi başlayır. Qızdırma xəstəliyi ən çox may, iyun və iyul aylarında müşahidə edilir. Qızdırma xəstəliyinin keçiriciləri otlaq gənələridir. Gənələr ferma həyətlərdə çox vaxt divarların dibindəki məsamələrdə, kərpiclərin və peyin qalıqlarının altında toplanır. Xəstəlik tipindən asılı olaraq kəskin formada 6—25 gün davam edir. Əlamətləri əsasən, heyvanlarda iştahanın pozulması, gövşəmənin kəsilməsi, heyvanın kalının rənginin tündləşməsi, qəbizlik və ishalın bir-birini əvəz etməsi. Nəticədə xəstə heyvan zəifləyir və arıqlayır
Teylerioza qarşı profilaktiki mübarizənin ən sadə və əlverişli üsulu teyleriozu keçirən gənələrin, heyvan üzərində, heyvandarlıq binalarında və otlaqlarda məhv edilməsidir. 
Heyvanda qan-parazitar xəstəliyi baş verən zamanı heyvana diaqnoz qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriyada təsdiqlənməlidir.
Heyvanlarda teyleriozun müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
“Aqrobiznes” 

CV YARAT