15 Sentyabr 2019

Yemiş toxumlarının faydası

26 Avqust 2019
35
yemis-toxumlarinin-faydasi

Mövsümlə əlaqədar olaraq hər gün yemiş yeyirik, düz də edirik. Bəs, onun toxumlarının faydasını bilirikmi?
Yemiş toxumları güclü afrodiziakdır, kişilərdə potensiyanı artırır, prostatitin müalicəsi üçün xeyirlidir.  Prostatitin müalicəsi üçün yemiş toxumları qurudulub, üyüdülür, 3 dəfə 1 çay qaşığı səhərlər acqarına, günorta yeməkdən 1 saat sonra, axşam yatmazdan əvvəl qəbul edilir. Yemiş toxumları bağırsağı, böyrək və qara ciyəri təmizləyir. Xroniki öskürəyi müalicə edir. Bronxit zamanı faydalıdır. Həmçinin qanda şəkərin səviyyəsini aşağı salır.
Odur ki, yemişi  yedikdən sonra toxumlarını atmayın. Qışda lazım olacaq deyə, qurudub saxlayın. 
Sadiq Salami
Fitoterapevt 

CV YARAT