15 Sentyabr 2019

Uzunluğu 1 metr olan nəhəng xiyarlar kəndliləri qorxuya salıb - FOTOLAR

4 Sentyabr 2019
36
uzunlugu-1-metr-olan-neheng-xiyarlar-kendlileri-qorxuya-salib-fotolar

Türkiyənin Bartın rayonunun Kozcağız qəsəbəsində yetişdirilən xiyar görənləri heyrətə salıb. Qəsəbə sakini, 63 yaşlı Müyəssər Acıbalın ötən il Çin vətəndaşından aldığı xiyar toxumu bu il məhsul verib. Amma tərəvəzin çəkisi 30 kiloqram, uzunluğu isə 1 metrə yaxındır. İlk dəfədir belə xiyar görən sahibkar tərəvəzin tağını kökündən çıxarıb və əklini çəkərək Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin rayon nümayəndəliyinə göndərib. Nemayəndəlikdən şəkildəkinin xiyar növü olduğunu təsdiqləyiblər. Onların sözlərinə görə, əgər tağından qoparılmasaydı, bu tərəvəz bir qədər də böyüyəcəkdi. Sakinlərdən biri deyir ki, xiyarın nəhəng ölçüsü onları qorxuya salıb. Təhlükəli olduğunu düşünərək toxumu verən çinli ilə əlaqə saxlayıblar. Lakin çinli bildirib ki, bu xiyar böyük ölçüdə olur və onu yemək təhlükəli deyil: “Xiyar hər gün bir neçə sm böyüyürdü. Əgər qoparmasaydım, bundan da böyük olacaqdı. Mən heç vaxt belə bir tərəvəzi yeyə bilmərəm, biz buna öyrənməmişik. Gələn il də əkməyi düşünmürəm”, - M. Acıbal deyib.

"Virtualaz.org" 

CV YARAT