15 Sentyabr 2019

Ferma quşları qırılır – VİDEO

4 Sentyabr 2019
30
ferma-quslari-qirilir-video

Bərdədə quşçuluq təsərrüfatında ev quşları kütləvi tələf olub. Son bir ayda 10 mindən çox ev quşu öldüyündən fermerə xeyli miqdarda ziyan dəyib. Təsərrüfat sahibi iddia edir ki, ev quşlarının ölməsinə səbəb keyfiyyətsiz qidadır.Cəyirli kəndində yerləşən Firdovsi Məmmədova məxsus quşçuluq təsərrüfatlarında 10 mindən çox ev quşu ölüb. Quşlarının bəslənməsi üçün alınan  yem keyfiyyətsiz olduğundan hər gün xeyli sayda quş ölür. Yemin alındığı mağazanın sahibi Zahid Adıgözəlov bildirdi ki, məhsulun keyfiyyətsiz olmasından söz gedə bilməz. Həmin şəxsə yem bir neçə dəfə hissə hissə verilib. Yemin keyfiyyəti aşağı olsaydı, fermer bir neçə dəfə yem almazdı. Zahid Adıgözəlov deyib ki, təsərrüfat sahibinin onlara 40 min manata yaxın borcu olduğundan belə bir iddia irəli sürüb. Təsərrüfat sahibi isə deyilənlərlə razılaşmır, heç bir borcunun olmadığını deyir. O, yemin keyfiyyətini yoxlatdırdığını da bildirir.
Təsərrüfat sahibi məsələylə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini deyib. 
“Aqrobiznes”

CV YARAT