15 Sentyabr 2019

Üzümü uzun müddət necə saxlamalı? - MƏSLƏHƏT

5 Sentyabr 2019
39
uezuemue-uzun-mueddet-nece-saxlamali-meslehet

Süfrə üzümünü tənək üzərində uzun müddət saxlamaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:
1.Sorları düzgün seçməli - bunun üçün əsasən gec və çox gecyetişən, əmtəəlik görünüşü yüksək olan sortların əkilməsi məsləhətdir. Məsələn: Ağadayı, Kəhraba, Hüseyni, Xalac, Dərbəndi, Mərəndi, Çəhrayı tayfı, Red qlob, Ağ Salyanı və s.
2.Üzüm tənəkləri mütəmadi nəzarətdə saxlanılmalı və boz çürümə xəstəliyinə qarşı bir neçə dəfə (sentyabr-dekabr ayının əvvəllərinə qədər) funqisidlərlə- Kumulus 6-8 kq /ha, Botran 1,5-2,0 kq/ha, Heradion 1,0-1,5 kq/ha və s. çilənməlidir.
3.Suvarılan üzümlüklərdə su rejimi gözlənilməlidir, əgər sentyabr və oktyabr aylarında havalar isti və quraq keçərsə üzümlüklər bir neçə dəfə suvarılmalıdır. Üzümlüklərin suvarma rejiminə düzgün əməl edilmədikdə, payızın əvvəllərində düşən yağışlar gilələrin partlamasına səbəb olmaqla, üzümün cürüməsinə gətirib çıxarır.
4.Üzüm yığımı dövründə məhsulun yığılmasında müəyyən səbəblərdən gecikmələr baş verdikdə, o cümlədən müvafiq süfrə üzüm sortlarını tənək üzərində uzun müddət saxlamaq lazım gəldikdə, eləcə də məhsulu bu və ya digər təsirlərdən (vəhşi heyvanlardan, arılardan, quşlardan və s.) qorumaq üçün xüsusi torlardan istifadə edilməsi məqsədəuyğundur.
“Aqrobiznes”

CV YARAT