15 Sentyabr 2019

Üzüm – şəfa mənbəyi

5 Sentyabr 2019
29
uezuem-sefa-menbeyi

Artıq üzüm mövsümü başlayıb,bu gözəl nemətin dadına baxmaq vaxtıdır. Bəs üzümün orqanizmə faydaları nələrdir? 
Üzüm özünün insan orqanizminə müsbət təsir göstərən müstəsna qida və müalicəvi xüsusiyyətlərinə görə əvəzolunmaz bir məhsuldur. Sübut edilmişdir ki, üzüm gilələrinin tərkibindəki bioloji aktiv komponentlər maddələrin sintezini nizamlayır. Fizioloji və qida dəyərinə görə üzümün biokimyəvi tərkibini daha çox şərtləndirənlər monosaxaridlər (qlükoza və fruktoza), üzvi turşular, mineral duzlar və mikroelementlər, sellüloza, pektin, dabbaq, azot, boya, ətir və digər maddələrdir. 
Uzun müddət saxlama və məhsulun emalı prosesində bioloji aktiv maddələrin maksimal dərəcədə qorunması probleminin həllinin aktuallığı getdikcə artmaqdadır. Üzüm bir pəhriz məhsuludur; üzümün müalicəvi əhəmiyyətə malik olması onun əsəb sisteminin zəifliyinin, halsızlıq və avitaminozun müalicəsində istifadəsinə imkan verir. Düzgün saxlandıqda sortundan asılı olaraq, üzümün 1 kq-nda qlükoza və fruktoza şəklində 150-200 qr və daha artıq şəkər, 0,5-1,4% üzvi turşular (şərab, alma və s.), A (karotin), B2 (riboflavin), C (askorbin turşusu), adermin və P (sitrin) vitaminləri, 0,3-1,5% mineral maddələr (fosfor, kalium, dəmir, kalsium və s.) 0,1-0,9% zülal maddələri, 0,3-1% və daha artıq  pektin maddələri olur.
“Aqrobiznes” 
 

CV YARAT