15 Sentyabr 2019

"Üç badam bir qoz" - VİDEO

9 Sentyabr 2019
34
uec-badam-bir-qoz-video

Badam kimi vacib bir nemət yenidən əkin strukturuna  qayıdır. Son illər badamın xarici bazarlarında mövqeyinin möhkəmləndiyini, yaxşı gəlir gətirdiyini görən sahibkarlarımız bağların sahəsini genişləndirirlər.  Ölkə üzrə bağların sahəsi 652 hektardan, hər il əldə olunan məhsul 1000 min tondan, hektara düşən məhsuldarlıq isə 12 tondan çoxdur. 
Badam bağlarının artırılmasında Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu öz köməyini göstərir. Qusarda 10, Şabranda isə 33 hektar badam bağı salınıb. Əkilən badam sortu Amerika mənşəli,  “Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Şaxtaya və quraqlığa davamlıdır, ləpə çıxımı təxminən 40-48 %-dir. Yeni bağların salınmasında istifadə olunacaq badam tingləri institutun öz laboratoriyalarında mikroklonal üsulla yetişdiriləcək.
Dünya bazarında badama böyük tələbat var və bir çox ölkələrdə böyük valyuta gətirən məhsullardan sayılır. Hər il dünyada 1 milyon tondan artıq badam istehsalın olunur, onun 79%-i ABŞ verir. 70 min tonla Avstraliya ikinci, 40 min tonla İspaniya üçüncüdür. Qardaş Türkiyə isə ildə 13 min ton badam istehsal edərək dördüncü sırada yer tutur. 
“Aqrobiznes” 
 

CV YARAT