15 Sentyabr 2019

Bir həftədən sonra yığımı başlayır

11 Sentyabr 2019
28
bir-hefteden-sonra-yigimi-baslayir

Gələn həftədən Qubanın alma bağlarında kütləvi məhsul yığımına başlanılır. Bağlarda cərgə araları təmizlənib, meyvə toplanacaq ərazilər və saxlanclar hazır vəziyyətə gətirilib. Təsərrüfatçı Şirin İlyasov, ilk növbədə, tezyetişən alma sortlarının məhsul yığımının başa çatdırıldığını, sentyabrın 15-dən isə kütləvi yığıma başlayacaqlarını bildirib. Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden”, “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrani smit”, “Fuji” sortlarına üstünlük verir. Hazırda bağbanlar almanın bir kiloqramını keyfiyyətindən asılı olaraq 50-60 qəpiyə satırlar. Rayon bağlarında alma yığımı oktyabrın sonlarınadək davam edəcək.
Qubada 13 min 484 hektar alma bağı var. 
E.Yusifli, Azərtac


 

CV YARAT