2 İyun 2020

"Ağ Çin ördəyi" fermasında: bu biznes sərfəlidirmi?

2 Avqust 2019
301
ag-cin-oerdeyi-fermasinda-bu-biznes-serfelidirmi

Lənkəranın Şürük kəndində yaşayan fermer Rauf Mahmudov rayonda ilkə imza ataraq ördəkçilik təsərrüfatı yaradıb. Rusiyadan Lənkərana ağ Çin ördəyinin yumurtalarını gətirib. Hazırda 1000 baş anac ördək saxlayan təsərrüfatçının sözlərinə görə, bu ördəklərin yumurta qoyma qabiliyyəti yerli ördəklərlə müqayisədə çox yüksəkdir. Gün ərzində 750-ə qədər əldə olunan yumurtaların inkubatordan çıxışı da yaxşı nəticə verir. Fermerin sözlərinə görə bu ağ ördəkləri bəsləməyin digər bir üstün cəhəti isə mövsümi xəstəliklərə yoluxmaması, soyuğa davamlı olmasıdır. Bundan başqa bu ördək növləri çəkilərinə görə də fərqlənir .Ördək balalarının qiyməti isə 1 manat 20 – 1 manat 30 qəpik arasında dəyişir. Maraqlıdır ki, inkubatora yığılmış yumurtalardan hələ çıxmayan ördək balalarının da satışı qabaqcadan həllini tapıb. Rayonun Şürük kəndi ərazisində yaradılan ördəkçilik təsərrüfatında ay ərzində 20 minə yaxın quş yetişdirmək mümkündür.

"Aqrobiznes" 

 

CV YARAT