2 İyun 2020

İntensiv dovşançılığın damazlığı yaradılır – VİDEO

4 Avqust 2019
353
intensiv-dovsanciligin-damazligi-yaradilir-video

Ölkədə dovşançılıq sahəsinin inkişaf etdirilməsi üçün damazlıq təsərrüfatları yaradılıb yeni cinslərin sayının artırılması qarşıda duran əsas məsələlərdəndir. Heyvandarlıq Elmi - Tədqiqat İnistitutunda dovşançılıq laboratoriyasının yaradılması da buna xidmət edir. İki aya yaxındır yaradılan laboratoriyaya fermerlərin marağı böyükdür.
Respublikada ətə olan tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədi alternativ heyvandarlıq sahəsinin inkişafı məsələsini gündəmə gətirir. Məhz bunun üçün də dovşançılıq sahəsinin inkişaf etdirilməsinə ehtiyac yaranır. Dovşan əti ağ ətlər növünə aid olduğundan həm də dietik hesab olunur. Eləcə də körpələr və yaşlılar üçün daha faydalı sayılır. Damazlıq dovşançılığın inkişafı məqsədilə Heyvandarlıq Elmi-Tədqiqat İnistitutunda yaradılan laboratoriyada 5 xarici cinsdən olan 10 ədəd dovşan yetişdirilir. Burada heyvanların saxlanması üçün hər cür şərait yaradılıb. Dovşanların yemlənməsi avtomatlaşdırılmış qaydada həyata keçirilir, xüsusi qurğu vasitəsi ilə su verilir. Bu xarici cinslərin yerli şəraitə uyğunlaşdırılması üçün mütəxəssislər tərəfindən araşdırmalar aparılır. Yasin Gözəlov - Heyvandarlıq ETİ-nin şöbə müdiri: “Damazlığın əsas məqsədi odur ki, bunlar bir istiqamətdə yetişdirilsin. Gələcəkdə fikrimiz var ki, yeni dovşan tipləri yaradaq. Müxtəlif cinslərdən məsələn Yeni Zenlandiya cinsi ilə Kaliforniya cinsindən yeni bir tip yaradaq. Azərbaycanda hələ bu olmayıb. Bunların iksidə ətlik olduğu üçün istiqamət eyni olduğu üçün məqsəddə eynidir. Bunlardan istifadə etmək olar. Laboratoriyada saxlanılan cins dovşanlar əsasən ətlik istiqamətlidir. Onları 120 günə kəsmək mümkündür və xalis çəkiləri 2 kq-a yaxın olur. Bu dovşanlar ildə 6 dəfə, orta hesabla 60 bala verir. Bu da yerli cinslərlə müqayisədə böyük rəqəmdir. Maraq var, bizdən maraqlanırlar, soruşurlar ki, bunların balaları nə vaxt olacaq, satış nə vaxt həyata keçiriləcəkdir? Aydınlıq gətiririk: hazırda bu işlər davam etdirilir, sentyabr ayından bunlardan cütləşmə olacaq. Bunlarda boğazlıq dövrü 30 gün olur. Mədəni cinslər olduğu üçün yerli cinslərdən fərqli olaraq bunlar birinci doğumda 6-8 bala verirlər. Sonrakı doğumda balanın sayı da artır”.
Hazırda ölkəmizdə 160-a yaxın fermer 30-dan çox cinsdən 8 min başa yaxın dovşan saxlayır. Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun dovşançılıq laboratoriyasında yeni cinslərin artırlması ilə bu sahədə daha yüksək inkişafa nail olmaq nəzərdə tutulur.

"Aqrobiznes"

CV YARAT