2 İyun 2020

Murcia-Qranada keçiləri - Azərbaycana da gətiriləcək – VİDEO

14 Avqust 2019
300
murcia-qranada-kecileri-azerbaycana-da-getirilecek-video

Bu cins İspaniyanın cənubundakı bölgələri olan Murcia, Almeria, Qaranada və Alicante əyalətlərinə məxsusdur. Aktiv bədən quruluşu, bol süd verimi xüsusiyyətlərinə görə saxlanılır. Yarımquraq, isti bölgələrə yaşayır. Yem ehtiyatı qıt olan ərazilərdə “başını rahatlıqla dolandırır”. 
Damazlıq heyvanın görünüşü – orta boylu, qəhvəyi və ya qara rəngli, diri çəki erkək 50-70 kq, dişi 30-50 kq, süd məhsuldarlığı 500 kq, laktasya müddəti 280 gün, yağlılıq (%) 5,3 % protein (%) 3,4 % südü pendir üçün uyğundur, iqlimə davamlılığı -3 C – dən, +41 C – dək.
Hazırda İspaniyada 400 min baş Murcia-Qranada cinsli keçi var. Bir neçə il əvvəl Argentina, Braziliya, Meksika, Venesuela və Şimalı Afrikaya ixrac olunub. 
İlin sonuna doğru bu keçilər Azərbycana da gətirilə bilər. 100% satış qiyməti 1030 azn, 60% dövlət güzəştindən sonra 442,00 azn, bu qiymətin üzərinə təqribi bank xidməti (10,30 azn) + sığorta xərcləri (47,00 azn) + qiymətləndirmə xərci (25,00 azn) gələrək 524,30 azn ödəməklə 1 baş keçi əldə edə bilərsiz.
“Aqrobiznes” 

CV YARAT