3 İyul 2020

“Tut qalxanlı” yastıcası intensiv coxalan zərərvericidir

28 Avqust 2019
326
tut-qalxanli-yasticasi-intensiv-coxalan-zerervericidir

 O, qısa müddətdə ağaclar üzərində külli miqdarda toplaşaraq koloniyalar əmələ gətirir. Zədələnmə nəticəsində ağacların budaqları və zoğları quruyur, yarpaqları tökülür, meyvənin keyfiyyəti aşağı düşür. Bəzi hallarda zərərverici ilə  zədələnmiş cavan ağaclar tamamilə quruyur. Mayalanmış yetkin dişi fərdlər qışlamağa gedir. Aprel ayının 2-3-cü dekadasında dişi fərdlər yumurta qoyur, may ayının əvvəlində yumurtadan süfrələr cıxır. Azərbaycanda 2-3 nəsil verir. Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazilərində, əsasən Mehdiabad, Fatmayı, Goradil, Məhəmmədi, Digah və bəzi ərazilərdəki meşə zolaqlarında, yol kənarlarında əkilmiş tut ağaclarında, dövlət fond və bələdiyyə torpaqlarında müşahidələr aparılıb və 221 ha ərazidə "Tut qalxanlı" və "Unlu" yastıca  ilə sirayətlənmə aşkar edilib. Sirayətlənmiş ərazilərin 54 hektarında mexaniki mübarizə tətbiq etməklə müxtəlif ağacların zərərverici ilə sirayətlənmiş budaqları sahədən kənara çıxırılıb və yandırılma yolu ilə məhv edilib. Zərərvericilərə qarşı 60 hektar ərazidə hektara 250 qr məsarif normasıyla,"THİALAM" preparatından istifadə etməklə kimyəvi mübarizə tədbirləri aparılıb. 
“Aqrobiznes”

CV YARAT