2 İyun 2020

Günəbaxan əkini sərfəlidirmi?

28 Avqust 2019
348
guenebaxan-ekini-serfelidirmi

Cəlilabadın Alar kənd sakini, fermer Bahəddin Əsgərov bir neçə ildir ki, ailə təsərrüfatında 100 hektardan çox sahədə günəbaxan əkir. Deyir ki, günəbaxan bitkisi məhsulvermə dövrünə qədər iki dəfə suvarılır. Məhsulun satışında isə heç bir problem yoxdur: “Yığdığımız məhsulu əvvəlcə çeşidləyirəm. Sonra birinci növ tum üçün paketlənir. Ölçüsü 40 kalibr olan satışa göndərilir. Ondan aşağı olan tumları isə yağ istehsalı müəssisələrinə satırıq. Ötən il hər hektardan 1 ton 500 kiloqram məhsul götürmüşdüm, bu il isə 1 ton 900 - 2 ton məhsul götürməyi planlaşdırıram”.
Hazırda yerli bazarlarda günəbaxan toxumu çeşidindən asılı olaraq 1 kiloqramı 60 qəpik - 1 manat 50 qəpik arasında satılır.
“Aqrobiznes” 

CV YARAT