2 Mart 2021

“Şilyanın camışı, Şilyanın qamışı” – FOTOLAR-VİDEO

12 Sentyabr 2019
511
silyanin-camisi-silyanin-qamisi-fotolar-video

Vaxtilə Kür qırağı, Araz vadiləri, Qazax-Qarabağ düzləri camışçılığın məskəni olub. Camışçılıq xalqımızın ərzaq məhsulları ilə təminatında həmişə mühüm rol oynayıb.
Nadir və qeyri-adi sayılan bu heyvanlar yemə az tələbkardır.Camışlar xəstəliklərə qarşı dözümlüdür. “Camışa qamış ver, ət və süd al” kəlamı əbəs yerə deyilməyib. Təzə camış südü çox ləziz olur. Camışlar inəklərə nisbətən az süd verir. Gündə sağmal camışlardan 3-4 kiloqram süd sağılır. Azərbaycanda camış südündən yerli əhalinin çox sevdiyi əla keyfiyyətli qatıq və süzmə, əvəzsiz qaymaq, dadlı şor alınır. Camış qatığı inək və qoyun qatığından qatı, dadlı, yağlı və qiymətli hesab olunur.
“Aqrolizinq” tərəfindən təsərrüfata Macarıstandan macar cinsli 125 baş camış gətirilib. Onlardan 122 başı ana, 3 başı isə erkək camışdır. Gətirilən ana camışlardan 45 gündən sonra 60 bala alınıb. Heyvandarlıqda camışçılıq sahəsi səmərəli və gəlirli sahədir. Camışları təbii şəraitdə bəsləmək üçün güclü yem bazası və su hövzələrinin olması vacib şərtdir. Aran zonasında camışları sağlam saxlamaq üçün əsas məsələ təsərrüfatın su gölməçələrinə yaxın olmasıdır. Macar camış cinslərinin yerli cinslərdən fərqi ondadır ki, bir sağımda 8 litr süd verir. Camışın südünün yağlılığı inəkdən 10 faiz yüksək olur. Əgər inəyin yağlılığı 4-5 faiz olursa, camışın südünün yağlılığı 10-12 faizdir.
“Aqrobiznes” 


 

CV YARAT