31 May 2020

Qoyunçuluqda süni mayalandırma və süngərləmə üsulu tətbiq olunacaq

26 Sentyabr 2019
266
qoyunculuqda-sueni-mayalandirma-ve-suengerleme-uesulu-tetbiq-olunacaq

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu respublikamızın ənənəvi təsərrüfat sahəsi olan qoyunçuluğun intensiv metodlarla inkişaf etdirilməsi, heyvanların baş sayının artırılması, onların damazlıq keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Türkiyənin bir sıra elmi müəssisələri ilə sıx əməkdaşlığa başlayıb. Nəzərdə tutulan əməkdaşlıq çərçivəsində Türkiyənin Qars Qafqaz Universitetinin iki əməkdaşı – professor Yavuz Öztürklər, professor Cihan Kaçar və Aksaray Universitetin əməkdaşı professor Tahir Karaşahin ekspert qismində 1 il müddətində Azərbaycana ardıcıl səfərlər edərək kompleks birgə tədbirlər həyata keçiriləcək. Əməkdaşlıq çərçivəsində  yerli fermerlər üçün təlim və seminarlar keçiriləcək, qoyunçuluqda süni mayalanmanın tətbiqi , süngərləmə üsulu ilə bala alınması, qoyunçuluqda damazlıq və seleksiya işinin təşkili və s. məsələlər ətrafında maarifləndirmə işləri aparılacaq. 
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu əməkdaşlıq çərçivəsində qoyun cinslərinin təmiz şəraitdə yetişdirilməsi, xarici ölkələrdən təmizqanlı cinslərin  gətirilərək seleksiyaya cəlb olunması, yerli genofonddan istifadə edilərək yeni məhsuldar cinslərin əldə olunması, süni mayalandırılma, süngərəmə və digər mütərəqqi metodların iqtisadi səmərisinin öyrənilməsini, müasir tipli qoyunçuluq sənaye kompleksinin tikilməsini nəzərdə tutur. Heyvandarlıqda əsas prioritet istiqamətlərdən biri iribuynuzlu heyvanlarla yanaşı, xırdabuynuzlu heyvanlarda da cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar cinslərin seleksiya yolu ilə əldə olunması və yerli cinslərin potensial məhsuldarlığının daha da yaxşılaşdırılmasıdır. Xüsusən, qoyunçuluğun intensiv inkişafı məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən damazlıq - seleksiya işinin müasir texnologiyalar əsasında təşkili ilə bağlı layihəyə başlanılıb. Əsas məqsəd dünya heyvandarlığında səmərəli metodlar kimi qəbul edilmiş süni mayalandırma və və süngərləmə üsulunu tətbiq etməklə qoyunların məhsuldarlığının və balavermə qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır. Bu barədə institutun direktoru Mahir Hacıyev deyib. Hacıyev bildirib ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu respublikamızın ənənəvi təsərrüfat sahəsi olan qoyunçuluğun intensiv metodlarla inkişaf etdirilməsi, heyvanların baş sayının artırılması, onların damazlıq keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Türkiyənin bir sıra elmi müəssisələri ilə sıx əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində qoyunların balavermə və məhsuldarlıq qabiliyyətlərinin yüksəldilməsi istiqamətində silsilə işlər aparılacaq. Respublikamızda olan 13 qoyun cinsinin bəzilərinin itmək təhlükəsi qarşısında olduğunu deyən direktor layihə çərçivəsində həmin cinslərin bərpası və yeni cinslərin yaradılmasının hədəf götürüldüyünü deyib. "Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində 1000 başlıq damazlıq qoyunçuluq kompleksinin tikintisinə başlanılıb. Kompleks istifadəyə verildikdən sonra burada respublikada mövcud olan qoyun cinslərinin bərpası, yeni cinslərin yaradılması istiqamətində elmi-tədqiqat işləri aparılacaq, süni mayalanma və süngərləmə üsulları tətbiq olunacaq. Yerli qoyun cinslərindən toxum alınması və onların genbankının yaradılması da nəzərdə tutulur. Xaricdən gətirilən toxumlar isə yerli qoyun cinslərinin daha da təkmilləşdirilməsi və məhsuldarlıq qabiliyyətinin yüksəldilməsi üçün istifadə ediləcək", - deyə Mahir Hacıyev bildirib.
“Aqrobiznes” 
 

CV YARAT