2 Mart 2021

İspanların “Albion” çiyələk sortu

30 Sentyabr 2019
544
ispanlarin-albion-ciyelek-sortu

Qazax rayonunda son illər çiyələk sahələri artır. Fermer Nüsrət Aşırovun təcrübəsi haqda. O, keçən ildən yeni üsulla çiyələk yetişdirməyə başlayıb. Hazırda sahələrdə məhsuldarlığı daha yüksək, saxlama müddəti çox, süfrəlik və mürəbbəlik olan "Albion” sortu becərilir ki, onun da toxumu əsasən İspaniyadan gətirilir. İlk çiyələk şitillərinin ötən ilin avqust ayında əkildiyini və hektara təxminən 50-55 min ədəd şitil köçürüldüyünü qeyd edən N.Aşırov dedi ki, bu şitillər sahələrə köçürüldükdən sonra 4 il məhsul vermək qabiliyyətində olur. 1 şitil birinci il 700-800 qram, 2-ci ildə 1 kiloqramdan çox məhsul verir. Çiyələk əkilən sahələrdə işlər ilboyu aparılmalıdır. Torpaq əkinə hazırlanmamışdan qabaq ona üzvi gübrə verilməlidir. Yaxşı olar ki, suvarma damcı üsulu ilə aparılsın. Bu zaman su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otlarının azalmasına və məhsuldarlığın yüksəlməsinə səbəb olur. Zərərvericilərə və müxtəlif xəstəliklərə qarşı mübarizə tədbirləri də vaxtında görülməlidir.Bunlara əməl edilsə, sahələrdən ilboyu məhsul götürmək olar.
Hazırda çiyələk sahələrində məhsul yığımı davam edir. Hər gün 250-300 kiloqram çiyələk dərilərək satışa göndərilir. Satışda da problem yoxdur. 
“Aqrobiznes” 
 

CV YARAT