4 Aprel 2020

Fındığın dəyəri artır

30 Sentyabr 2019
232
findigin-deyeri-artir

Azərbaycan fındıq ixracına görə Türkiyə və İtaliyadan sonra üçüncü yerdədir. Ötən ilin 8 ayında xaricə 40 milyon 500 min dollar həcmində fındıq ixrac olunmuşdusa, cari ildə ixrac 76 milyon 900 min dollara çatıb. Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatına görə, avqust-sentyabr aylarında Azərbaycan fındığının qiyməti dünya bazarında ən yüksək həddə çatıb. Son iki ayda Azərbaycan fındığının ixrac qiyməti hər kiloqram üçün 6 dollar 20 sent – 6 dollar 50 sent təşkil edib. Həmin dövrdə dünya bazarında Türkiyə fındığının satış qiyməti 5 dollar 90 sent – 6 dollar, Gürcüstan fındığının qiyməti isə 5 dollar 80 sent olub. 
“Aqrobiznes” 
 

CV YARAT