31 May 2020

İbrahim Cerit hibrid qarğıdalı sortları yaradır

1 Oktyabr 2019
249
ibrahim-cerit-hibrid-qargidali-sortlari-yaradir

Beynəlxalq ekspertin iştirakı ilə qarğıdalı genotiplərində tozlanma işlərinə başlanıb.  Əkinçilik Elmi-Tədqiqat İnstitutunun həyata keçirdiyi “Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili” layihəsinin növbəti, beşinci mərhələsi çərçivəsində xarici ekspert İbrahim Cerit Azərbaycanda səfərdə olub. Səfər müddətində ekspert istixana şəraitində “double haploid” texnikası ilə qoyulmuş təcrübələrə baxış keçirib. Sahədə növbəti  gübrələmə və dərmanlama işləri aparılıb. Səfər zamanı İbrahim Cerit, institutun direktoru Cavanşir Təlai və layihənin Azərbaycan tərəfindən məsul icraçısı, “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Həlimə Məmmədova ilə birlikdə təcrübə sahəsinə baxış keçirib və mövcud vəziyyət müzakirə edilib.
Bu dəfədəki səfər zamanı ekspertin iştirakı ilə “kolxisin” və “DMSO” maddələri ilə işlənilmiş haploid toxumlardan əldə edilmiş qarğıdalı genotiplərində izolyasiya və tozlama işlərinə başlanıb. Çiçəkləmə və tozlama prosesinin  növbəti 15 gün ərzində başa çatacağı gözlənilir. Ekspert İbrahim Cerit bitkilərin mövcud vəziyyətindən və işlərin gedişatından razı qaldığını bildirib.
Layihənin əsas məqsədi ölkədə hibrid qarğıdalı toxumçuluğunun yaradılmasıdır.
“Aqrobiznes” 

CV YARAT