4 Aprel 2020

Salyanın məşhur üzüm sortları

18 Oktyabr 2019
789
salyanin-meshur-uezuem-sortlari

Salyan rayonu üzümçülüyün ən qədim diyarlarından biri olmaqla, burada xalq seleksiyası ilə yaradılmış bir çox  ənənəvi süfrə üzüm sorları (Mahmudu, Xalac, Ağ salyanı, Ağ pişraz, Salyan ağadayısı, Kəhraba, Ağ kişmişi vəs.)  yaradılmış və indi də geniş becərilir. Bu sortlar süfrə üzümünə xas olan yüksək dad və keyfiyyət göstəriciləri, o cümlədən tənək üzərində üzün müddət saxlanma qabilliyətinə malik olmaları ilə seçilir. Salyan rayonu süfrə üzümçülüyünün inkişafı üçün əlverişli aqroekoloji potensiala malik olub, iqlim ehtiyaları təzə halda üzümün istehlak müddətini uzatmağa və zənginləşdirməyə imkan verir. Bununla yanaşı bu rayon üçün üzümçülük üçün ciddi təbii risk amilləri (erkən yaz şaxtaları, qış şaxtaları,  yayda uzun sürən anomal yüksək temperatur, quraqlıq, xəstəlik və zərərvericilər, torpaqların şoranlaşmaya meyilliyi və s.) mövcuddur. Bu il 2019-cu ilin aprel ayınının axırlarında müşahidə edilən yaz şaxtaları Salyan rayonu Xalac ərazisindəki üzümlərə ciddi ziyan vurmuş, üzümçülər ciddi iqtisadi ziyana məruz qalmışdılar. 
"Aqrobiznes" 

CV YARAT