4 Aprel 2020

Merinos qoyun cinsi: fermada saxlamaq mümkündürmü?

21 Dekabr 2019
293
merinos-qoyun-cinsi-fermada-saxlamaq-muemkuenduermue

Türkiyədə merinos cinsli qoyun ferması. Qoyunlar qapalı saxlanılır, qüvvəli yemləndirilir, taxta döşəmə sistemindən istifadə olunur. 
Merinos qoyunları dünyada ən qədim qoyun cinslərindən biri sayılır. Bu cinsin İran, Mesopotamiya və Balkan yarımadasında yayılmasının tarixi eramızdan əvvəlki dövrə aid edilir.Nazik nə incə yununa görə yetişdirilir. 
Əsasən Avstraliyada yayılmış bu cinsin istifadə edilməsi təkcə ətlik deyil, həm də yüksək keyfiyyətli çox və zərif yununun olması ilə əlaqədardır. XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində kapitalist münasibətlərinin inkiafı dövründə bir sıra toxuculuq fabriklərinin yaranması ilə əlaqədar xammala – yuna böyük ehtiyac duyulurdu. Merinos qoyunundan 4-6 kq, yaşlı qoyunlarından 7-10 kq-a qədər nazik və uzun yun qırxırlar. Bu da merinos qoyununun üstünlüyünü göstərən ən əsas şərtlərdən biri kimi diqqəti cəlb etmişdi. Bu cinsin qoyunlarının diri çəkisi 50 kq, erkəklərinki isə 75-90 kq-dır.  Yununun zərif və uzun, həm də çox olmasına görə XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda məlum olan qoyun cinsləri içərisində merinos cinsi xeyli üstünlük təşkil etmişdi. 
Hazırda merinos qoyunu Qazaxıstanın kənd təsərrüfatında mühüm yer tutur. Bu ölkədə 1930-cu illərdə Avstraliya merinosundan alınmış Altay merinosu geniş yayılıb.
“Aqrobiznes” 

CV YARAT