25 Noyabr 2020

Qış yarmarkaları başladı - FOTOLAR

23 Dekabr 2019
471
qis-yarmarkalari-basladi-fotolar

“Kənddən Şəhərə” Qış yarmarkası fəaliyyətə başlayıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təşkil olunan qış yarmarkası 30 dekabr tarixinə qədər davam edəcək.  Qış yarmarkası paytaxtın Nərimanov, Binəqədi, Yasamal və Suraxanı rayonları, eləcə də Abşeron rayonu ərazisində 5 fərqli nöqtədə keçirilir. Qeyd edək ki, paytaxt sakinlərinin “Kənddən Şəhərə” yarmarkalarına olan marağını nəzərə alan təşkilatçı qurum yarmarkanın keçirildiyi ünvanların sayını artırıb. “Kənddən Şəhərə” yarmarkasının ənənəvi ünvanları sırasına bu dəfə Suraxanı rayonu da əlavə edilib.  Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 140-dan çox fermer 60-dan artıq adda müxtəlif məhsulun satışını həyata keçirir. 
“Kənddən Şəhərə” Qış yarmarkası aşağıdakı ünvanlarda təşkil olunur:
Yarmarkanın keçirildiyi ünvanlar:
Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)
Nərimanov rayonu, Gənclik metrostansiyasının yanı
Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi (Neftçilər parkının yanı)
“Aqrobiznes” 

CV YARAT