4 Aprel 2020

Naxçıvanın dad-tamı ilə seçilən qış yeməkləri - FOTOLAR

31 Dekabr 2019
422
naxcivanin-dad-tami-ile-secilen-qis-yemekleri-fotolar

Qədim tarixi, müasirliyi ilə şan-şöhrət qazanan Naxçıvan həm də füsunkar təbiətinin bəxş etdiyi nemətlərdən hazırlanan dadlı yeməkləri ilə də tanınır. Meyvə, tərəvəz, göy-göyərti hər yerdə bitsə də, Naxçıvan torpağında yetişdirilən məhsullar digərlərindən dad-tamı ilə seçilir, heyvandarlıq məhsulları digərlərindən çox fərqlənir. Həmin məhsullardan hazırlanan yeməklər də, təbiidir ki, heç bir yerdə bu qədər ləzzətli olmur. Onlar arasında qış yeməkləri özünəməxsus yerə malikdir. Elə ki havalar soyudu, Yeni ilə az qaldı deməli, Naxçıvanın qış mətbəxinin vacib nemətlərindən olan əriştə kəsməyin, yarma bişirməyin, qovurma hazırlamağın da vaxtı çatıb.
Qovurmadan söhbət düşmüşkən, Naxçıvanda qovurma ilə hazırlanmış qış xörəkləri bişiriləndə hamının, hətta başqa vaxt yeməyə biganə olan balaca uşaqların da iştahası artır. İlin bu ayından başlamış ta Novruz bayramınadək süfrələrin ən dadlı yeməklərindən sayılan qovurmalı bozbaş, yumurta, küftə, əriştə aşı, yarma durusu kimi Naxçıvan mətbəxində geniş istifadə olunan yeməklərə daha çox üstünlük verilir. Bu yeməklərə bir də muxtar respublikanın əzəmətli dağlarından, geniş düzlərindən toplanan yabanı ələyəz, əvəlik, qazayağı, çoban kirmidi kimi yabanı bitki quruları da əlavə olunduqda bunlar qış süfrəsinin əsl şahına çevrilir. Cacıq, qazayağı, şomu, sobu və digər pencərlər qovurma ilə qovrulub bişirilir ki, bunun da dadını-tamını yazmaqla izah etmək mümkün deyil. Hələ onların yanında yedikcə yeyilən turşuları demirik. Yüz dəfə deməkdənsə, bir dəfə görmək yaxşıdır deyib...
“Aqrobiznes” 

CV YARAT