2 İyun 2020

İşçi axtarılır - Şərtlər

8 Yanvar 2020
230
isci-axtarilir-sertler


Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyinə nəzarət sahəsində kadr potensialının gücləndirilməsi üçün müxtəlif mütəxəssislərin işə qəbul edilməsi məqsədilə aşağıdakı tələblərə cavab verən namizədlərlə müsahibə elan edilir.
Tələb olunan ixtisaslar:
- Qida məhsulları mühəndisliyi;
- Baytarlıq;
- Mikrobiologiya;
- Aqronomluq və bitki mühafizəsi.
Namizədə tələblər:
- Ali təhsil tələbi: ixtisası üzrə bakalavriat səviyyəsi. Magistratura səviyyəsi arzuolunandır;
- Azərbaycan dilini səlis bilməlidir. Rus və ya ingilis dilini bilənlərə üstünlük veriləcək;
- Müvafiq sahələr üzrə ən azı 2 il iş stajı (sertifikatları olanlara üstünlük veriləcək);
- Korporativ ünsiyyət bacarığı.
Şərtlər:
- İş qrafiki: tam iş günü.
Üstünlüklər:
- Uyğun gələn, lakin iş stajı olmayan namizədlər aidiyyəti təlimlərə cəlb edilərək qiymətləndirildikdən sonra işə qəbul olunması imkanları;
- Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunması imkanları;
- Yerinə yetirilən işin həcmi və keyfiyyətinə uyğun olaraq mükafat sisteminin tətbiqi imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ -(aidiyyəti ixtisası)” yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblərə cavab verən namizədlər CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqlar.
Suallarla bağlı bu nömrə ilə əlaqə saxlaya bilərsiniz:
+994 12 377-00-20 (531) İnsan resursları və sənədlər ilə iş şöbəsi
“Aqrobiznes” 
 

CV YARAT