3 İyul 2020

Qidaları toksiki maddələrdən necə təmizləyək?

15 Yanvar 2020
402
qidalari-toksiki-maddelerden-nece-temizleyek

Qida məhsullarında müxtəlif texnologiyalardan, meyvələrin xarici görünüşü və ömrünü uzadan toksiki maddələrdən, üzərinə parafin vurmaq kimi metodlardan istifadə olunur. İstənilən tərəvəz-meyvələri yeməzdən əvvəl zərərsizləşdirmək lazımdır. Rusiyalı həkim dietoloqların toksiki, kimyəvi maddələri necə zərərsizləşdirmək barədə məsləhət və metodlarını təqdim edirik:
- Alma, heyva, armud kimi qabıqlı yeyilən və görünüşü cəlbedici olsun deyə meyvələri parafin plyonka ilə örtürlər. Parafini isti su ilə belə yumaq çətindir. Ona görə market meyvələrinin qabığını qaşıyın və ya nazik soyub sonra yeyin;
- Quru meyvələri, gavalı, qaysı, xurmanı isə mütləq isti su ilə yuyub sonra yeyin. Onları qazla texniki işləyirlər, o qaz da çöküntü kimi qalır. Eləcə də məhsulun görünüşünü yaxşılaşdırmaq üçün qliserin çəkirlər;
- Göyərtilərdə, kələm, ispanaq, kahı, kök, çuğundur, kərəvizin kök hissəsində nitrat qalıqları çox olur. Ona görə torpaqdan çıxan hissəsi bir xeyli kəsilib atılmalıdır;
- Xiyarın isə hər iki ucu kəsilməlidir;
- Kök, kələmi suda qaynadarkən qazanın qapağını bağlamayın, nitratlar su qaynayanda buxarlanıb çıxmalıdır.
- Sitrus meyvələrini təhlükəli konsentrat difenillə işləyirlər ki, meyvənin üzəri kiflənməsin. Bu maddə orqanizmə düşdükdə, allergik tutma, öskürək, göz iltihabı, qaraciyər və böyrəklərin toksiki zədələnməsi baş verə bilər.
- Bu maddənin olub-olmamasını yoxlamaq asandır. Stəkana su alıb, meyvəni orda yuyun. Suyun üzərində benzin kimi rəngli ləkələr, dairələr əmələ gələcək. Ona görə sitrus meyvələrini də isti su ilə yuyub, qabığını soyaraq yeməlisiz.
“Aqrobiznes” 
 

CV YARAT