2 İyun 2020

Meyvəçilik üzrə aqronom axtarılır

17 Yanvar 2020
162
meyvecilik-uezre-aqronom-axtarilir

Vəzifə və öhdəliklər:
• Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün lazımi tədbirlərin görülməsinin təşkil edilməsi.
• Əkin üçün torpağın hazırlanması işinin təşkili;
• Gübrənin bölüşdürülməsi və torpağa verilməsi üzrə tədbirlərin hazırlanması;
• Əkin materiallarının hazırlanmasına nəzarət edilməsi;
• Ağacların əkinin təşkil edilməsi (bərk qabığlı meyvələrin becərilməsi);
• Zərərvericilərin, bitki xəstəliklərinin aradan qaldırılmasının texnologiyası üzrə işlər;
• İstehsal planları, əkin bitkiləri miqdarını və növlərini hazırlanması;
Tələblər
• Müvafiq sahədə ali təhsil.
• Kənd təsərrüfatı texnologiyasını, torpaq qanunvericiliyini, bitki və bitkiçiliyin fiziologiyasını, aqronomiya və əkinçiliyi, aqrotexnika və yetişdirilən kənd təsərrüfatı bitkilərini, bitkiçilik məhsullarının qüvvədə olan standartalrını bilmək
• Kənd təsərrüfatı sahəsində ən azı 6 il təcrübə.
Şəxsi keyfiyyətləri:
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Ünsiyyət, rabitə və komanda işləmək bacarığı.
İş şərtləri:
• Şirkət Ağcabədi rayonunda yerləşir.
• ARƏM əsasən rəsmiləşdirmə.
• Rəsmi,stabil ödənilən əmək haqqı.
• İcbari siğorta.
• Korporativ nömrə verilir.
• Mehriban kollektiv.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini asya.nebiyeva.an@gmail.com elektron ünvanına göndərə bilərlər ( məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmıyacaqdır).
"Aqrobiznes" 

CV YARAT